Bu gün:

Ən çox üstünlük verilən qəhvə növləri


Gündəlik olaraq ən çox içilən içkilərdən biri qəhvədir. Qəhvə tərkibindəki kofeinlə sizi formada saxlayır, həmçinin, soyuq, isti, südlü və südsüz qəhvə növləri də vardır ki, bunlar insanın zövqünə uyğun olaraq tənzimlənə bilər.

Rəvayətə görə, qəhvə Efiopiyada bir çoban tərəfindən kəşf edilmişdir. O, keçilərinin ağacın meyvəsini yedikdən sonra daha canlı və gümrah olduqlarını müşahidə edib. Sonralar qəhvə ərəblər tərəfindən satış məqsədləri üçün yetişdirildi. Özünəməxsus aromatik qoxusu ilə seçilən qəhvə paxlaların qovrulması və üyüdülməsi ilə əldə edilir. Dünyada yüzlərlə qəhvə növü var. Lakin onlar müxtəlif yollarla hazırlanır və fərqli dadlara malik olur.

Toxumlarına görə qəhvə çeşidləri

Bu gün qəhvənin böyük hissəsi Braziliyada istehsal olunur. Ən böyük istehsalçılar arasında Vyetnam və Kolumbiya gəlir. Dünyanın 70-dən çox ölkəsində istehsal olunan qəhvənin paxlasına və hazırlanma üsuluna görə onlarla çeşidi var. Bununla belə, ən çox istehsal və tükədilən "Arabika", "Robusta", "Liberisiya" və "Eqzelsa" paxlalarıdır. "Arabika" və "Robusta" digərlərindən daha yüksək istehsal faizi olan növlərdir.

1. Arabika qəhvəsi

Dünyada ən çox istehsal edilən və tələb olunan qəhvə dənəsidir. Bu gün qəhvələrin əksəriyyəti arabikadan hazırlanır.

2. "Robusta" qəhvəsi

Arabikadan sonra ən çox istehsal edilən və tələb olunan ikinci qəhvədir. Arabika qəhvədən daha acıdır.

Müxtəlif qəhvə növləri

Hazırlanmasından asılı olaraq südlü və ya südsüz, şəkərli və ya şəkərsiz müxtəlif növ qəhvə var.

Türk Qəhvəsi

Türk qəhvəsi üyüdülmüş qəhvə ilə özünəməxsus hazırlanır. Öz xüsusi stəkanında lokum və su ilə serviz olunur. Şəkərli, şəkərsiz və bol köpüklə dadlandırılır.

Amerikan

Espressoya su əlavə etməklə əldə edilir. Filtr qəhvəsinə bənzəyən bu qəhvənin sərtliyi  qəhvə və suyun miqdarı ilə müəyyən edilir.

Espresso

İncə üyüdülmüş qəhvə təzyiq və yüksək temperaturda sudan əldə edilir. Espresso çox yüksək kofein ehtiva edir.

Filtr qəhvə

Filtr qəhvə süzülmüş suyun köməyi ilə orta üyüdülmüş qəhvəni dəmləməklə əldə edilir.

Latte

Latteni espressoya qaynar süd əlavə edərək hazırlayırlar. Bu sərinləşdirici qəhvə çeşidi ən çox seçilən növlər arasındadır.

Kapuçino

Kapuçino isti südlə hazırlanmış espressodur. Süd köpüyü Cafe Latte-dən qat-qat qalındır. Adətən, çini qabda verilir.

MacchiatoEspressoya bir çay qaşığı qatılaşdırılmış süd köpüyü əlavə etməklə əldə edilir.

Moka

Mokka espresso, şokolad siropu və süd köpüyü ilə hazırlanır.

Mənbə: Milliyet

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş
Şərh əlavə et