Bu gün:

İtalyan makaron növləri


Makaron ilk dəfə 1154-cü ildə Siciliyada ortaya çıxdı. İtaliya mətbəxinin əsas yeməyidir. Ölkəmizdə kifayət qədər tez-tez yeyilən qidalar sırasındadır. 

Tərkibində çox miqdarda protein və B vitaminləri var. Böyükdən kiçiyə hər kəsin yediyi makaron növləri çoxdur. Məsələn:Twirl, Butterfly, Penne, Ravioli  məşhur makaron növlərindəndir. Zeytun, pendir, tomat pastası, qiymə və bir çox digər souslarla birlikdə yeyilən makaronun hazırlanması da çox sadədir.

Makaron növləri ilə tanış olaq.

SpagettiBu, İtaliya mənşəli ən nazik və ən uzun simli makarondur. Düzgün qaynama vaxtı ilə yanmır və dibini tutmur, gözəl souslarla yeyilir.

LinguineSpagetti kimi uzun, lakin bir qədər yastı formaya malikdir. Pesto sousu, krem pendir və ya ət yeməyi dadlı edir.

Fettuccine AlfredoEnli və uzun makaron kimi seçilir. Kremli sousla əla forma alır.

LazanyaYarpaq şəklində olan makaron növüdür. Tez hazırlanır. Lay-lay düzülmüş makaronun arasına tərəvəzli qiymə yığılır. Yeməyin görünüşü iştah artırır.

Tortellini

Tortellini yumru makaron növüdür. Tortellinin çedar pendiri və ya donuz əti olan növləri var. Adətən sousla örtülü şəkildə verilir. Tortellini dondurulmuş şəkildə satılır.

Pappardelle


Pappardelle 13 mm qalınlığında zolaqları kəsərək quş yuvası şəklinə salıb qurudularaq hazırlanır. Bu ləzzətli makaron növü ət sousları ilə çox yaxşı uyğunlaşır.

Kəpənək

Simpatik forması ilə diqqəti cəlb edir. Onun iki əyri qanadı var. İtalyanca "farfalle" deməkdir. Makaron salatları adətən bu növlə hazırlanır. Pomidor sousları, pendir dilimləri və qatıqla yeyilir.

Ravioli

Mantı kimi də tanınır. İçlik olan bir makaron növüdür. Adətən bulyon və ya sousda verilir. İtalyan mətbəxində ənənəvi yemək kimi görünürlər. Ravioli adətən kvadrat olsa da, dairəvi və digər formalarda ola bilir.

Penne

Penne nazik kəsilmiş makaron növüdür. İtalyan dilində "Penne Rigate" kimi tələffüz edilən  makaronun içi boşdur.

AugerMakaron deyildikdə ilk düşündüyümüz növlərdən biridir. Qıvrımları hər cür sousa yaraşır.

Campanelle

İtalyan dilində zəng mənasını verən Campanelle həqiqətən zəng şəklinə bənzəyir. Əyri kənarları ilə kiçik konus kimi görünən bu növ makaron xüsusilə makaron salatları üçün uyğundur.

Mənbə: Milliyet
Tərcümə etdi: Samirə İsmayılova

Paylaş