Bu gün:

"Hazırda süni intellektin təkmilləşməsi üçün milyonlar xərclənir"


24media.az-ın "1 sual 1 cavab" rubrikasının budəfəki müsahibi İT məsələləri üzrə ekspert Elvin Həsənovdur. O, süni intellekt haqqında danışıb.


Sizcə, süni intellekt nə vaxtsa insanlardan daha ağıllı ola bilər və potensial olaraq insanlıq üçün təhlükə yarada bilərmi?

Elm və texnologiya inkişaf etdikcə İT istiqaməti də öz növbəsində günü-gündən inkişaf edir. Başa düşüləndir ki, bu da öz növbəsində süni intellektin ərsəyə gəlməsinə səbəb olan əsas məsələlərdəndir və süni intellekt bu günümüz üçün ən vacib texnologiyadır. Bu texnologiya sayəsində insanlarımız bir düymə ilə vaxta qənaət edərək onlara lazım olan məlumatları əldə edə bilirlər. Bu gün bütün sektorlarda süni intellekt inkişaf etdirilir. Lakin bu faktoru da yaddan çıxartmaq olmaz ki, süni intellektin özünü də insan yaradıb. Yəni onun da inkişafında insan faktoru mövcuddur. Hazırda süni intellektin təkmilləşməsi üçün milyonlar xərclənir. Təbiidir ki, Aİ üzərində təkmilləşmə işləri davam etdikcə bəzi sahələr təsirə məruz qalacaqdır. Araşdırmalarım onu göstərir ki, fərqli sahələrdə məqalələr yazmaq, tərcümə, səyahət agentlikləri, bəzi onlayn konsultant işləri (müştəri xidmətləri) və başqaları süni intellekt tərəfindən ən çox təsirə məruz qalacaq sahələr olacaq. ERP (Enterprise Resource Plannning – Müəssisənin Resurslarının Planlaşdırılması) və tibb kimi sahələrdə indi də süni intellekt istifadə edilir və gələcəkdə istifadəsi daha da genişlənəcəkdir. Ümumilikdə götürsək, Aİ məlumatların çevik, operativ olaraq təqdim edilir. Bu sahədə təcrübəli mütəxəssislərin azsaylı olması, arzuolunmaz məqsədlər üçün istifadə edilə bilinməsi və bu kimi halları Aİ-nin mənfi cəhətlərinə aid etmək olar.

Leyla Bayandurlu 

Paylaş
Şərh əlavə et