Bu gün:

Rinoplastikadan sonra 7 məsləhət


Bir çox insanlar özlərini daha yaxşı hiss etmək və cəmiyyətdə yer tutmaq üçün xarici görünüşlərini dəyişmək istəyirlər. Rinoplastika da ən çox seçilən estetik əməliyyatlar sırasındadır. Ancaq unutmaq olmaz ki, rinoplastika bir-başa üz görünüşünə təsir edir.


İnsan üçün gözəllik deyil, estetik cəhətdən baxıldığında gözəl bir görüntünün alınması və sağlam nəfəs alması böyük əhəmiyyət kəsb edir. Memorial Antalya Xəstəxanası Qulaq Burun Boğaz Xəstəlikləri Fundamental elm sahəsi Müəllim Dos. Dr. İsmail Önder Uysal kişilərdə rinoplastika ilə bağlı bilinməsi lazım olanları danışıb.

Anlamaq istəyirlər

Estetik görünüş baxımından qadın və kişi arasında müəyyən fərqlər var. Kişilər, adətən, əməliyyat olunduqlarının başa düşülməsini istəmirlər, plastik əməliyyatdan sonra kənardan baxdıqda sanki burunlarının forması kimi başa düşülməyə üstünlük verirlər. Qadınlardan fərqli olaraq kişilər kişi quruluşuna uyğun forma istəyirlər. Qadınlar daha dar, daha kiçik, kişilər isə daha böyük və daha düz burun istəyirlər. Bundan əlavə, qadınlara nisbətən burun ucları daha geniş və burun kənarları daha strukturlaşdırılmışdır. Kişilər estetik burun əməliyyatı keçirdiklərinin başa düşülməsini istəmədikləri üçün burun kənarının hamar deyil, bir qədər çıxıntılı olmasına üstünlük verirlər.

Rinoplastika üçün ideal yaş 22-dir

Bu gün bir çox pasiyentlər 18 yaşı tamam olan kimi rinoplastika üçün müraciət edir, lakin üz sümüklərinin tam oturuşması üçün 22 il vaxt lazımdır. Bu səbəbdən 22 yaş kişi və ya qadınlarda rinoplastika və ya bütün estetik əməliyyatlar üçün idealdır. Əməliyyatdan əvvəl xəstənin tam olaraq nə istədiyini anlamaq, bütün bucaqları müəyyən etmək, onları müəyyən formatlarda hazırlamaq və fotoşəkillər çəkmək vacibdir. Bütün bunlar qeydə alınmalı və xəstənin imzası alınmalıdır.

İlk 6 ay çox diqqətli olmalıdır

Rinoplastikadan sonra kişi və qadın xəstələrin diqqət etməli olduğu şeylər eynidir. İlk gecədən sonra 3 aylıq diqqət dövrü başlayır. İki həftə ərzində burun gips ilə dəstəklənir, beləliklə mümkün travmalardan qorunur. Bunun üçün burun içərisinə və xaricinə yerləşdirilən materiallarla buruna dəstək verilir. Xəstədən 6 ay müddətində eynək taxmaması, günəşdən qorunması, üzün ən kiçik travmalardan belə qorunması xahiş olunur. Burun tam sağalması üçün 6 ay vaxt lazımdır və 6 aydan sonra normal həyat davam edir.

Bunlara diqqət edin!

1.Qaçış kimi gərgin fəaliyyətlərdən çəkinin.

2. Burnunuzda sarğı varkən duş almaq yerinə vanna qəbul edin.

3. Burnunuzu çəkməyin.

4. Qəbizliyin qarşısını almaq üçün meyvə və tərəvəz kimi yüksək lifli qidalar yeyin. Qəbizlik ödəmə səbəb ola biləcəyi üçün əməliyyat sahəsinə təzyiq yarada bilər.

5. Çox gülümsəmək və ya gülmək kimi həddindən artıq mimikalardan çəkinin.

6. Üst dodağınızın hərəkətini məhdudlaşdırmaq üçün dişlərinizi yumşaq bir şəkildə fırçalayın.

7. Qabaqdan bağlanan paltarlar geyin. Köynək və ya sviter kimi paltarları başınızın üstündən çəkməyin.

Mənbə: Güneş Gazetesi

Tərcümə etdi: Gülsər Qədirli

Paylaş
Şərh əlavə et