Bu gün:

Həzm prosesi


Düşünə bilərsiz ki, həzm yalnız mədənizdə baş verən prosesdir, lakin bu, bir çox orqanı əhatə edən uzun bir prosesdir. Onlar birlikdə həzm sistemini əmələ gətirirlər.

Həzm ağzınızda başlayır, çeynədiyiniz zaman tüpürcək qidaları parçalayır. Udduğunuz zaman çeynənmiş yeməyiniz özofagus adlanan boğazınızı mədənizlə birləşdirən boruya keçir. Özofagusun əzələləri qidanı özofagusun dibindəki bir qapaqla aşağı itələyir və qidanın mədəyə daxil olması üçün növbəti boruçəkilli keçid açılır.


 Mədəniz mədə turşularından istifadə edərək qidaları parçalayır. Sonra qida kiçik bağırsağa keçir. Orada mədəaltı vəzi və öd kisəsi kimi bir neçə orqandan gələn həzm şirələri qidanı daha çox parçalayır və qida maddələri udulur. Qalan şey yoğun bağırsağınızdan keçir. Yoğun bağırsaq suyu udur. Daha sonra tullantılar düz bağırsaq və anus vasitəsilə bədəninizdən xaricə çıxır.


 Həzm problemləri həzm prosesinin baş verdiyi hər yerdə baş verə bilər.

 Qaz və şişkinlik

Qaz sağlam həzmin normal bir hissəsidir. Həzm sisteminizdə olan hava ya ağzınızdan geğirmə şəklində, ya da anusunuzdan qaz şəklində buraxılır. Siz adətən gündə 13-21 dəfə qaz halı keçirirsiniz.

Qaza nə səbəb olur?

Yemək və içmək kimi havanı udduğunuz zaman qaz yaranır. Ancaq bu, həm də qidanın parçalanmasının əlavə məhsuludur. Bəzi qidalar digərlərindən daha çox qaz yaradır. Siz həmçinin müəyyən qidalara qarşı daha həssas ola bilərsiniz və onları yediyiniz zaman daha çox qaz yarana bilər.

Mənbə : WebMD

Tərcümə edən: Leila Adıgözəlova

Paylaş
Şərh əlavə et