Bu gün:

Diabet xəstələri oruc tuta bilərmi?


Ramazan ayı bir çox müsəlmanlar üçün çox mühüm aydır. Çoxları bu ayda öz oruclarını yerinə yetirmək istəyir. Amma bəzi insanlar üçün oruc tutmaq sağlamlıq problemlərinə səbəb olur.

 

 Xroniki sağlamlıq problemi, xüsusilə, şəkər xəstəliyi olan insanların Ramazan ayında oruc tutması tövsiyə edilmir.

 

Diabet xəstələrinin oruc tuta biləcəyini düşünməzdən əvvəl diabetin nə olduğunu başa düşmək vacibdir. Diabet qan şəkərinin yüksək olduğu bir vəziyyətdir.

 

Bu vəziyyət bədənin kifayət qədər insulin hormonu istehsal etməməsi və ya insulinin effektiv şəkildə istifadə edilməməsi nəticəsində baş verir.

 

Diabet iki əsas növə bölünür: tip 1 və tip 2. Tip 1 diabet uşaqlıq və ya yeniyetməlik dövründə baş verir və mədəaltı vəzinin kifayət qədər insulin istehsal etməməsi nəticəsində yaranır.

 

Tip 2 diabet çox vaxt həyat tərzi faktorlarından qaynaqlanır və bu tip diabetdə orqanizmin insulinə qarşı müqaviməti artır.

 

Orucun diabet xəstələrinə uyğun olub olmadığını müəyyən etmək üçün bir neçə amil nəzərə alınmalıdır. İlk növbədə diabetin növü və insanın sağlamlıq vəziyyəti nəzərə alınmalıdır.

 

1-ci tip diabetli insanlar qan şəkərinin səviyyəsini nəzarətdə saxlamaq üçün mütəmadi olaraq insulin qəbul etməlidirlər. Buna görə də 1-ci tip şəkərli diabet xəstələrinə oruc tutmaq tövsiyə edilmir. Çünki insan oruc tutanda insulinin nizamlı qəbulu təmin oluna, qan şəkərinin səviyyəsinə nəzarət edilə bilməz.

 

Digər tərəfdən, 2-ci tip şəkərli diabet xəstələrinin oruc tutması da insanın konstitusiyasından asılıdır. Əvvəla, 2-ci tip şəkərli diabet xəstələrinin orucluq zamanı qan şəkərinin səviyyəsini mütəmadi olaraq yoxlamaları vacibdir.

 

Oruc tutarkən qan şəkəri səviyyəsinə nəzarət edilməzsə, hipoqlikemiya (aşağı qan şəkəri) və ya hiperglisemiya (yüksək qan şəkəri) kimi sağlamlıq problemləri yaranır.

 

Buna görə də 2-ci tip şəkərli diabet xəstələrinin oruc tutmazdan əvvəl həkimə müraciət etmələri və qan şəkərinin səviyyəsinə nəzarət etmələri vacibdir.

 

Bütün bunlarla yanaşı, oruc tutan şəkərli diabet xəstələrinin bu dövrdə qidalanma vərdişlərinə diqqət yetirmələri vacibdir. İftar və sahurda balanslı və sağlam qidalardan istifadə etmək qan şəkərinin səviyyəsini daha yaxşı idarə etməyə kömək edir.

 

Mənbə:medicalpark

 
Tərcümə etdi:Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et