Bu gün:

Dünyanın ən dərin gölü hansıdır?


Dünyanın ən dərin gölü hansıdır?

 Dünyanın ən dərin gölü olan Baykal Rusiyadadır. Dünyanın ən dərin gölü olan Baykal gölü haqqında təfərrüatlar...

Dünyanın ən dərin gölü olan Baykal gölü həm də dünyanın ən qədim gölüdür.  Baykal gölünün 25 milyon il yaşı olduğu düşünülür. 

Dünyanın ən dərin gölü: Baykal gölü haradadır?

 Baykal gölü dünyanın ən dərin gölü kimi tanınır. Sibirin cənubunda, İrkutsk vilayəti ilə Buryatiya arasında yerləşir.  İrkutsk şəhəri yaxınlığında yerləşən göl "Sibirin mavi gözü" adlanır. Onun səth sahəsi təxminən 31,722 km²-dir (adalar istisna olmaqla). Uzunluğu 636 km, ən geniş yeri isə 79,5 km-dir (Öngürən və Ust-Bərquzin kəndləri arasında). Gölün dibi dəniz səviyyəsindən təxminən 1285 m aşağıdadır. Gölün dibindəki çöküntü süxurlarının təxminən 7 km qalınlığında olduğu təxmin edilir. Bu, gölün yer üzündəki ən dərin çatlardan biri olduğunu göstərir.

 Dünyanın ən qədim və ən dərin gölü olan Baykal gölü tektonik göldür və yaşı 25 milyon ildir. Çox aktiv tektonik bölgədə yerləşən Baykal gölü elə bir vəziyyətdədir ki, yer qabığının hərəkətləri tez-tez baş verir və ildən ilə deformasiyalar dəyişir. Bölgə rift hövzəsidir və hər il minlərlə irili-xırdalı zəlzələlər baş verir. Gölün əmələ gəlməsi Oliqosen dövrünə aiddir və onun parça-parça əmələ gəldiyi və gölün indiki böyük formasını Pliosen dövründə alması fərziyyə edilmişdir. Göl bu gün də zəlzələlərlə böyüyür. Əslində, Baykal Mərkəzində çalışan geofiziklərin fərziyyəsinə görə, Baykal gölü yeni doğulmuş bir okeandır və onun sahilləri ildə 2 sm sürətlə açılır və hərəkət Afrika və Cənubi Amerikanın sürətinə bərabərdir. 

 Baykal gölünün iqlimi ətraf bölgə ilə müqayisədə olduqca mülayimdir. Qışda orta temperatur -6 dərəcə Selsi olduğu halda, avqustda 11 dərəcə isti olur. Göl suyu yanvar ayında donur və may ayının sonunda əriməyə başlayır və gölün suyu ətrafa nisbətən nisbətən isti olur. Səth suyunun temperaturu avqust ayında 12 dərəcə olduğu halda, sahildən 20 dərəcəyə yaxındır. Gölün suyu çox şəffafdır, duzluluğu azdır və suyunda minerallar var. Zəngin heyvan və bitki müxtəlifliyinə malik olan Baykal gölü geniş təbii yaşayış mühiti yaradır. Göl çoxlu balıqların yaşadığı yer olmaqla yanaşı, 320-dən çox quş və bir məməli növünə də ev sahibliyi edir. Bu göldə Phoca sibirica adlı endemik suiti növü yaşayır və bölgənin başqa bir fərqləndirici xüsusiyyəti onun yaşadığı növlərin əksəriyyətinin endemik olmasıdır. Baykal gölü bioloji zənginliyi ilə yanaşı, həm də zəngin yeraltı və yerüstü sərvətlərə malikdir. Mika mərmər, kağız, balıqçılıq, gəmiqayırma və taxta-şalban istehsalı kimi bir çox fərqli sektorda ciddi maraq doğurmuşdur. 1966-cı ildə Baykal gölünün cənub sahilində tikilmiş kağız-selüloz zavodu dövrün ziyalıları və alimlərinin ciddi reaksiyası və təzyiqi ilə qarşılandı. O vaxtkı Sovet hökuməti 1971-ci ildə bölgənin mühafizə statusunu qaldırdı və çirklənməyə nəzarət etməkdə təkid etdi. Nəhayət, 1996-cı ildə bölgə YUNESKO-nun dünya irsi siyahısına daxil edilib. Bölgədə Rusiya Elmlər Akademiyasının Sibir bölməsi tərəfindən yaradılmış göl elmi mərkəzi də var.

Mənbə: m.haberturk.com

Tərcümə etdi: Aysel Aslanova

Paylaş
Şərh əlavə et