Bu gün:

Dəriyə gündəlik qulluq etməyin 5 vasitəsi - dermatoloq açıqladı


ABŞ-ın Kaliforniya ştatından olan dermatoloq Kristofer Tomassian dərinin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək beş gündəlik qulluq vasitəsini açıqlayıb. Həkimin TikTok-dakı paylaşımı İnsider nəşrinin diqqətini çəkib.

Həkim hər səhər tərkibində C vitamini olan zərdabdan istifadə etməyi tövsiyə edib. Tomassianın sözlərinə görə, bu, dərinin rəngini yaxşılaşdırmağa və erkən qocalmanın qarşısını almağa kömək edəcək. Onun fikrincə, yatmadan öncə gündəlik qulluq, dərini nəmləndirən, sızanaq, qızartı və tünd ləkələrlə mübarizə aparan B3 vitamini növü olan niasinamiddən ibarət olmalıdır.

Dermatoloq retinoldan həftədə üç dəfə gecə istifadə etməyi məsləhət görür. O izah etdi ki, bu, gəncliyi qorumaq üçün lazım olan kollagenin istehsalına kömək edən yeganə maddədir. Bundan əlavə, mütəxəssis həftədə bir dəfə kimyəvi aşındırıcılardan – turşulardan istifadə edərək yumşaq pilinq etməyi məsləhət gördü. Onun sözlərinə görə, həssas dərilər üçün laktik turşu, sızanaqlara meyilli dərilər üçün mandel və ya qlikolik turşu uyğundur.

Nəhayət, Tomassian hər gün üz və boyun dərisinə günəşdən qoruyucu sürtməyi tövsiyə edib. Onun sözlərinə görə, ultrabənövşəyi şüalar daha erkən qocalmağa səbəb olur və dəri xərçəngi riskini artırır.

Mənbə: Lenta.ru

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et