Bu gün:

Niyə kədərli musiqi bizi daha xoşbəxt edir?


Kədərli mahnıları dinlədikdən sonra özümüzü pis hiss etməyimiz lazım olsa da, əslində, nədənsə onları bəyənməyə meyilimiz var.

Nümunə: 2008-ci ildə aparılan bir araşdırma göstərdi ki, hüznlü musiqi şən musiqidən daha kədərli səslənsə də, insanlar onu daha cəlbedici hesab edirlər.

44 nəfərin iştirak etdiyi bir araşdırmada iştirakçılar daha əvvəl musiqi dinləməklə bağlı xatirələrin emosional təsirindən qaçmaq üçün daha az tanınan üç klassik əsərdən birini böyük və ya kiçik açarla dinləyiblər. Tədqiqatçılar onlardan musiqi dinləyərkən hiss etdikləri emosiyaları dəqiq müəyyənləşdirmələrini, həmçinin mahnını dinləyərkən başqalarının hansı hissləri keçirəcəyini təxmin etmələrini istəyiblər.

İştirakçılar kədərli musiqini (kiçik açarda olan mahnıları) faciəli kimi qəbul etdilər, lakin bu, onları digər insanın hiss edəcəyini düşündükləri qədər bədbəxt etmədi, tədqiqatçılar yazdılar:

"Dinləyicilər həzin musiqiyə qulaq asarkən özlərini daha az tutqun, meditasiyalı və bədbəxt hiss edirdilər, eyni zamanda, eyni musiqi ilə real təcrübələri ilə müqayisədə daha məftunedici, əziz, sevgi dolu, şən, canlı və rəqsə meyilli olurlar".

Bunun səbəbinin bir hissəsi kədər gözləməyimiz və buna görə də gözləntilərimizin gerçəkləşdiyi zaman sevinməyimiz ola bilər ki, bu da “şirin intizar” adlanan bir fenomendir.

“Hətta dinləyicilər kədərli musiqi dinləyərkən mənfi emosiyalar yaşasalar belə, şirin intizar onlara müsbət emosiyalar yaşamağa imkan verə bilər”, - deyə məqalə yekunlaşdırılıb.  

“Musiqinin özü mənfi kimi qəbul edilsə və mənfi emosiya dinləyicilərdə qismən oyansa belə, biz idrak qiymətləndirməmizə görə eyni zamanda həzz alarkən qeyri-müəyyən emosiyalar yaşamağa meyilliyik". 

Bu hiss etdiyimiz kədərin birbaşa kədərli vəziyyətin nəticəsi olmadığı üçün də ola bilər.  Başqasının onun kədəri haqqında mahnı oxumasını dinləmək qeyri-müəyyən bir təcrübədir, buna görə də hiss etdiyimiz kədər bizim rifahımız üçün zərərli deyil.  Biz sadəcə oturub başqalarının kədərindən həzz ala bilərik.

Mənbə: dzen.ru 
Tərcümə etdi: Leyla Bayandurlu 

Paylaş
Şərh əlavə et