Bu gün:

Nar yemək üçün 7 səbəb…


Payız-qış mövsümünün ən çox sevilən meyvələrindən olan nar market və marketlərin dəzgahlarına rəng qatmaqda davam edir. Nar kalium, maqnezium, natrium, kalsium, sink və dəmir kimi minerallarla zəngin olmaqla yanaşı, A vitamini, bəzi B vitaminləri (B1, B2, B6), C vitamini, E vitamini və fol turşusu kimi bir çox vitamini özündə birləşdirən bir meyvədir. Bundan əlavə, tərkibindəki bol polifenollar sayəsində antioksidant tərkibi ən yüksək olan qidalar arasındadır.

Bütün bu vitaminlər, minerallar və antioksidantlarla nar tam şəfa mənbəyidir. Aparılan araşdırmalarda, meyvə kimi yeyilən narın meyvə şirəsi kimi istifadə edilməsindən 20 qat daha çox antioksidant təsir göstərdiyi bildirilmişdir. Narın dənələri ilə birlikdə yeyilməsinin buna təsiri olduğu düşünülür. Orta ölçülü bir narın orta çəkisi 350-400 qramdır və təxminən 1 stəkan nar dənəsinə uyğundur. Bəzi mütəxəssislər nar istehlak etməyin 7 mühüm səbəbini açıqlayıblar.

Oynaq ağrılarına yaxşı təsir göstərir:

Tərkibindəki yüksək antioksidant tərkibi ilə orqanizmdə xroniki iltihabın qarşısını ala bilir və bədəndəki iltihabı azaltmağa kömək edir. Bu təsirlər sayəsində oynaq ağrılarının aradan qaldırılmasına və artrit kimi oynaq xəstəliklərinin müalicəsinə kömək edir.

Damarları qoruyur:

Araşdırmalara görə, yüksək antioksidan gücü olan nar suyu LDL (bədxassəli) xolesterini aşağı sala bilər və trombositlərin aktivləşməsini azaldaraq aterosklerozun (arterioskleroz) qarşısını almağa kömək edir.

Dəridəki qırışları gecikdirə bilər:

Yaşlandıqca bədəndə antioksidan istehsalı yavaşlayır. Bədəndə antioksidantların azalması da dəridə qırışların yaranmasına və sürətlə qocalmasına səbəb olur. Tərkibindəki zəngin antioksidantlar sayəsində nar dəridə qırışların əmələ gəlməsini gecikdirir və qocalmanın təsirlərini azaldır. Nar dənələrində olan punik turşusu (omeqa 3 yağ turşusu) dərinin nəm itkisini azaltmağa kömək edir və qocalmanın təsirlərini ləngidir.

Qan şəkərini balanslaşdırmağa kömək edir:

Lif qan şəkərini tənzimləyən mühüm amillərdən biridir. Qidalanma və Pəhriz mütəxəssisləri "Nar dənələri tərkibindəki zəngin lif sayəsində qan şəkərini balanslaşdırmağa kömək edir" deyirlər.

Beyindəki şişə qarşı təsirli ola bilər:

Narın tərkibindəki zəngin antioksidantlar orqanizmi xəstəliklərə qarşı daha davamlı edir. Xərçəngə qarşı qoruyucu təsir göstərir və xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır. Aparılan araşdırmalar göstərdi ki, xüsusilə nar suyu istehlakının prostat və kolon xərçənginə qarşı profilaktik təsirləri var.

Yaddaşı gücləndirir:

Narın tərkibində olan antioksidan komponentlər və xüsusilə də onun toxumunda olan əvəzolunmaz yağ turşusu olan punik turşusu yaddaşı gücləndirmək kimi mühüm funksiyaya malikdir. Bu təsirə görə, narın Alzheimer xəstəliyinin müalicəsində əhəmiyyətli rol oynayacağı düşünülür.

Nardan istifadə edərkən 5 qaydaya diqqət yetirin

Narın qabığında taninlər var. Qabıqları sıxılaraq əldə edilən nar şirəsi tərkibindəki taninlər sayəsində daha çox antioksidant xüsusiyyətə malikdir;

Antikarsinogen və iltihab əleyhinə xüsusiyyətlərindən faydalanmaq üçün narı dənələri ilə birlikdə istifadə edin;

Xüsusilə, vitamin dəyərlərinin itirilməsinin qarşısını almaq üçün gözləmədən nar suyunu için;

Şəkərli diabet xəstələri üçün porsiya ölçüsü normal insanlardan daha azdır. Şəkər xəstəliyiniz varsa, gündə təxminən 1 çay stəkanı nar dənəsindən istifadə edə bilərsiniz;

Nar bəzi dərmanlarla, xüsusən də, antikoaqulyantlar (qan durulaşdırıcı) adlanan dərmanlarla qarşılıqlı təsir göstərir. Odur ki, istifadə etdiyiniz dərmanlar narla qarşılıqlı təsir göstərirsə, mütləq həkiminizlə məsləhətləşin.

Mənbə: cnnturk.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et