Bu gün:

"Bu, elektrostatika adlanır"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı nevroloq Rəna Abbasovadır. O, insanları təmas zamanı elektrik cərəyanının vurması barəsində danışıb.

Son zamanlar sosial şəbəkələrdə daha çox insanlar görüşərkən qarşı tərəfdən yüngül elektrik cərəyanı aldıqlarını hiss etdiklərini bildirirlər. Bir çoxları bədənində elektrik axını olduğunu hiss etdikdə bundan qurtulmaq üçün əlinə açar alıb dəmirə vurur və s. Son vaxtlarda bu cür hallar kütləviləşib və mövzunun yenidən gündəmə gəlməsinə səbəb olub. Bəs görəsən, nə üçün insanlarla və ya hansısa əşya ilə təmasda bizi elektrik cərəyanı vurur, bu vəziyyəti yaradan səbəb nədir?

Hər hansı bir obyektə toxunanda, xalçanın üzərində yeriyəndə, saçlarımızı darayanda elektriklənmə yaranır. Bu, elektrostatika adlanır. Bu hadisənin baş verməsi ilə əlaqəli müəyyən fikirlər var, müsbət və mənfi enerji ilə orqanizmin eyni anda qarşılaşması nəticəsində tokvurma hadisəsi, yəni elektrostatika baş verir. Bu bizim istifadə etdiyimiz əşyalardan da bir qədər asılıdır. Geyimlərimiz, müsbət və ya mənfi enerji daşıyan əşyalar buna səbəb ola bilir. Bəzi materiallar var ki, onlarda bu hadisə heç vaxt baş vermir, onlar neytral materiallardır. Məsələn, kağızın, rezinin, pambıq materiallarının elektrik keçiriciliyi olmur. Bu xəstəlik əlaməti deyil, buna görə də, təşvişə ehtiyac yoxdur.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et