Bu gün:

Kaktus çiçəyinin mənası və hekayəsi


Evində, yaxud ofisində bir dəfə də olsun kaktus çiçəyinə baxmayan var, görəsən? Məncə, yoxdur. Bəs kaktus alanda yaxud birinə hədiyyə edəndə nə anlama gəldiyini bilirsinizmi? Əslində, radiasiyanın qarşısını almaq üçün baxılan kaktus çiçəklərinin özləri kimi dayanıqlı bir hekayəsi var. İrili-xırdalı bir çox çeşidləri olan kaktusların anlamını gəlin bərabər aydınlaşdıraq. 

Kaktus ifadəsi quraq bir iqlimə məruz qalan bölgələrdə yetişən, yarpaq yerinə tikanlı və əksərən, dekorativ bitki olaraq istifadə olunan ətli bitkiləri ifadə edir. Kaktuslar Cactaceae adlanan bitkilər ailəsinə aiddir. Xüsusilə, Amerikada, Kanadadan Pataqoniyaya qədər geniş yayılmış kaktuslar çöllərdə, çəmənliklərdə, səhralarda və hətta tropik və subtropik meşələrin isti-rütubətli bölgələrində böyüyür.

Əvvəla, kaktuslar gül və ya lalə kimi sevgi hissini simvolizə edən çiçəklər sırasındadır. Kaktus çiçəyinin digər çiçəklər kimi bir mənası var. Əvvəla, kaktusun həyatın mənfi şərtlərinə uyğunlaşma qabiliyyəti kimi vacib və güclü daxili dəyərlərin simvolu olduğunu vurğulamaq yaxşıdır. Kaktus ehtiraslı sevgini təmsil edir, eyni zamanda çətin vəziyyətlərdə zəruri fəzilətlər olan harmoniya və cəsarət simvoludur. 

Qədim yunan dilində tikanlı artishok mənasını verən kaktusun təbii ki, hekayəsi var. Rəvayətə görə, onun doğulması qədim tayfaya mənsub gənc və cazibədar hindli Quehualliu və rəisin qızı Pasancana hekayəsi ilə bağlıdır.

Quehualliu və Pasancana adlı iki gənc birlikdə doğulub böyüyürlər. Onlar ətrafdakı təbiəti, kəşf etməyi və hətta gəzməyi də birlikdə öyrənirlər və yetkin olanda bir-birlərini sevdiklərini anlayırlar. Amma rəisin gözəl qızı Pasancana üçün başqa planları var idi. O, qızının əla və güclü ovçu olan başqa biri ilə evlənməsini istəyirdi. Lakin iki gənc bunu əsla istəmir. Sevgilərindən əl çəkməmək üçün Quehualliu və Pasancana birlikdə qaçmaq qərarına gəlirlər, ancaq rəis qaçışı gördükdə qızı geri qaytarmaq üçün adamlarını bu iki gənci axtarmağa göndərdi. 

Uzun bir səfərdən sonra yorğun və bitkin olan Quehualliu və Pasancana dayanıb dincəlmək qərarına gəldilər, lakin rəisin adamları onları tapdılar. Qızın dünya ilahəsi Paçamamadan kömək istəməkdən başqa bir şansı yox idi. Gənc qadın ilahəyə yalvarıb onları gizlətməsi və rəisin adamları iki sevgilini ayırmasına mane olmazı üçün yalvardı. Buna görə də Paçamama onları kaktuslara çevirmək qərarına gəldi. Kaktus hekayəsi də belə yayıldı. 

Mənbə: Çiçeklerce

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et