Bu gün:

"Oruc açan şəxs..."


24media.az-ın " 1 sual, 1 cavab" rubrikasının növbəti qonağı qida məsələləri üzrə mütəxəssis ekspert Ağa Salamovdur. O, iftar zamanı çox yemək yeməyin insan sağlamlığına zərərlərindən danışıb.

-Oruc tutan insanlar uzun müddət ac qaldıqdan sonra iftar zamanı birdən çox yemək yeyərsə, bu onların sağlamlığına necə təsir edər?

Əgər biz iftardan danışırıqsa, ümumiyyətlə, oruc tutan insanlar, təbii ki, öncə qanın laxtalanmasının qarşısını almaq üçün su ilə oruc açmalıdır. Çox vaxt görürük ki, insanlar xurma ilə oruc açır, açmaq olar amma ilk qəbul edilən maye, su olmalıdır. Bundan sonra isə xurma və digər qidaları qəbul edə bilərlər. Bundan əlavə, aqressiv qidalanmaqdan uzaq durmaq lazımdır. Çünki aqressiv qidalanmaq bütün günü ac qalan insanın süfrəyə əyləşərkən hər şeydən dadması mənasına gəlir, yəni hər şeydən yemək istəyir və bu da köp, şişkinlik, həzmsizlik, qida dözümsüzlüyü kimi bu cür halları ortaya qoyur. Ona görə də, insan bayaq qeyd etdiyim kimi əvvəlcə su, şorba bunları içə bilər, bir müddət 5-10 dəqiqə ara verdikdən sonra salatını yeyə bilər və yenidən 5-10 dəqiqə aradan sonra oruc tutan ana yeməyə müraciət edə bilər. Burada oruc açan şəxs yüngül zülallara üstünlük versə, daha yaxşı olar ki, onlardan biridə balıqdır. Ət də ola bilər amma maksimum dərəcədə yüngül zülallara üstünlük vermək daha məqsədə uyğundur ki, buda toyuqdur, balıqdır bu kimi qidalardır. Lakin balıq ferma balığı və ya toyuq broyler toyuğu olmamalıdır. Bunlar, təbii ki, çay balığı, dəniz balığı, kənd toyuğu və yaxud kənd toyuğu yumurtası da ola bilər.

Fatimə Şükürova

Paylaş
Şərh əlavə et