Bu gün:

Yalançıları bədən dilindən necə anlamaq olar?


Yalan danışarkən insanların davranışlarında müşahidə edilən fərqlər çoxsaylı araşdırmaların mövzusu olub. Bu tədqiqatların nəticələrini aşağıdakı kimi ümumiləşdirmək olar:

1- Əlləri ilə yalan danışan insanların jestləri azalır

Adətən əl jestləri ifadəni artırmaq üçün edilir. İnsan əsasən danışılan sözlərin mənasını artırmaq üçün etdiyi əl hərəkətlərindən xəbərsizdir. İnsan danışarkən əlini yellədiyini bilir, amma əllərinin əslində nə etdiyini bilmir. Əllərinizin bir şey etdiyini bilmək, amma nə etdiyini dəqiq bilməmək insanı şübhələndirir və beləliklə də əllərin hərəkətləri azalır. Ola bilsin ki, insan öz daxilində yaşadığı ziddiyyətə görə əllərinin onu ələ verəcəyindən qorxur və ya əllərini cibinə salır, üstünə oturur, ya da bir əlini digəri ilə tutur. 

2- Yalançının əlini üzünə qoyub üzünün ətrafına toxunmasının sayı artır

Söhbət zamanı insan hərdən əlini üzünə qoyur. Ancaq insanın səmimi olmadığı bir söhbət zamanı bu jestin sayı xeyli artır. Əl üzə getdikdə edilən hərəkətlərə çənəni tutmaq, dodaqları sıxmaq, ağzı bağlamaq, burnuna toxunmaq, yanağı ovuşdurmaq, gözün altını qaşımaq, qulaq məməsini çəkmək və saçla oynamaq daxildir. Yalan zamanı bütün bu jestlərin sayı artdığı halda, ağzı bağlamaq, burnuna toxunmaq jestlərində partlayış olur. İnsanlar yalan danışarkən niyə ağızlarını bağlayırlar? Bunu təxmin etmək çox çətin deyil. İnsan gərək ağzından çıxan sözləri saxlasın, etdiklərini ört-basdır etsin. 

3- Yalan danışan adamın danışarkən bədən hərəkətlərində artım olur

Yalan danışarkən hiss edilən narahatlıq, insanın oturduğu yerdə irəli-geri və ya sağa-sola hərəkət edərək, xüsusilə oturarkən mövqeyini dəyişməsinə səbəb olur. Bu mövqe dəyişikliyinin arxasında yəqin ki, “kaş başqa yerdə olaydım” hissi dayanır. 

4- Yalan danışan adamın əl jestləri azalarkən, yelləmə hərəkəti artır 

Ola bilsin ki, çiyin çəkmə şəklində əlini azacıq yelləməklə, sözünün məsuliyyətinin ona aid olmadığını çatdırmaq istəyir.

5- Yalan danışan insanın üz ifadəsi çox vaxt normala çox yaxın olur

Bu sahədə ixtisaslaşmadan insanın mimikasına baxaraq yalan danışdığını anlamaq çox çətindir. Üz ifadəsində yalana səbəb olan ən əhəmiyyətli ipucu, insanın tez-tez danışdığı adamdan uzaq durmasıdır.

Bu araşdırmalardan əldə edilən məlumatları mütləq həqiqətlər kimi deyil, etibarlılığı onun təkrarlanmasından və izlədiyi sıradan asılı olan – ən əsası – insanın yerləşdiyi konteksti dəyərləndirərək məna qazanan açar kimi qəbul etmək lazımdır. Yuxarıda sadalanan xüsusiyyətlərin olması insanın yalan danışdığını deyil, yalan danışma ehtimalının olduğunu göstərir. Bu araşdırmaları sınamaq üçün araşdırmalar aparan digər tədqiqatçılar deyirlər ki, yuxarıda sadalanan davranışlar yalan və ya qeyri-səmimiliyi üzə çıxarmaq üçün açar deyil, onların yalnız bir hissəsidir.

Mənbə: Memurlar.Net

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et