Bu gün:

Məhkəmədə kim şahid ola bilər və ola bilməz?


Şahid sözügedən hadisə ilə bağlı biliyi və təcrübəsi olan şəxsdir. Şahidlər məhkəmədə gördüklərini və bildiklərini dəqiq söyləməlidirlər. İstənilən işdə məhkəmədə ifadə vermək üçün iş üzrə bilik və təcrübəyə malik olmalı, bildiyini dəqiq və qərəzsiz söyləməli, ifadə zamanı heç vaxt yalan və ya natamam məlumat verməməlidir. Yalan ifadə vermək də cinayət tərkibi yaradır.

Şahidlər məhkəməyə necə çağrılır

İlk növbədə, müvafiq məhkəmə tərəfindən ifadə verəcək şəxslərə çağırış vərəqəsi verilir və şahid çağırış vərəqəsində göstərilən gün və saatda iclasa gəlmədikdə, onun nəticələri barədə məlumat verilir. Həbsdə olan təqsirləndirilən şəxslərin məhkəmə proseslərində şahidlərin gətirilməsi haqqında qərar çağırış vərəqəsi verilmədən birbaşa çıxarıla bilər. Çağırış bildirişlə yanaşı, telefon, faks və e-mail kimi vasitələrlə də həyata keçirilə bilər. İclasın davamı zamanı dərhal dindirilməsi lazım olan şahidlər üçün məhkəmə məmurlara yazılı göstəriş verə bilər. Şahidlər göstərilən gün və saatda məhkəmədə olmalıdırlar.

Müvafiq qaydada çağırılmış çağırışa baxmayaraq iclasa gəlməyən şahidlər məhkəmənin çıxardığı məcburi göstərişlə məhkəmənin keçirildiyi gün və saatda iştirak etmək üçün hüquq-mühafizə orqanlarına göndərilir. Göstərilən gün və saatda şahidlər iştirak etmədikdə, bu proses təkrarlanır.

Kim ifadədən çıxa bilər?

Qanunda aydın şəkildə göstərilib ki, kimlər ifadə verməkdən imtina edə, kimlər ifadə vermək istəməsəfikdə ifadə verməyə bilər. Buna görə; Aşağıdakı şəxslər ifadə verməkdən imtina edə bilərlər.

Şübhəli və ya müttəhimin nişanlısı.

Şübhəli və ya təqsirləndirilən şəxsin həyat yoldaşı (keçmiş həyat yoldaşı nikah bağı qalmasa belə ifadə verməkdən imtina edə bilər)

Şübhəli və ya təqsirləndirilən şəxsin qohumu və ya nəslindən olan hər hansı bir şəxs

Şübhəli və ya müttəhimin qohumluq əlaqəsi ilə əcdadı və ya nəsli.

Şübhəli və ya müttəhimin qan qohumları, o cümlədən üçüncü və ikinci dərəcə.

Şübhəli və ya müttəhimlə qohumluq əlaqəsi olan insanlar.

İfadə vermənin vacibliyini dərk etmək və ifadə verməkdən imtina etmək iqtidarında olmayan ruhi xəstə, halsız və yetkinlik yaşına çatmayan şəxslər qanuni nümayəndələrinin (ana, ata və s.) razılığı ilə şahid qismində dinlənə bilərlər. Əgər qanuni nümayəndə şübhəli və ya təqsirləndirilən şəxsdirsə, bu şəxslərin çəkinib-çəkinməməsi barədə qərar verə bilməz.

Müəyyən peşə və daimi işlə məşğul olan bəzi şəxslər də işinin xüsusiyyətinə görə ifadə verməkdən imtina edə bilərlər. 

And içməyən şahidlər kimlərdir?

Aşağıda sadalanan şahidlər and içmədən dinlənilir.

Şahid qismində dinləniləcək şəxs ifadə almaq üçün müraciət etdiyi vaxt on beş yaşına çatmamış olmalıdır.

Şahid dərrakəsizliyinə görə andın mahiyyətini və əhəmiyyətini dərk edə bilmir.

İstintaq və ya cinayət təqibi predmeti olan cinayətlərdə iştirak etməkdə və ya bu cinayətlərə görə cinayətkara üstünlük verməkdə, cinayət sübutlarını məhv etməkdə, gizlətməkdə və ya dəyişdirməkdə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunanlar.

İfadə verməkdən imtina etmək hüququ olan, lakin ifadədən geri çəkilməyən və ifadə vermək istəyən şəxslərin and içərək və ya and içmədən ifadə verməsi hakimin və ya məhkəmənin ixtiyarındadır. Şahid istəsə anddan geri çəkilə bilər və bu barədə ona xatırladılır.

Şahidləri necə dinləmək olar

Hər hansı bir hadisə ilə bağlı birdən çox şahid dinlənilirsə, şahidlər ayrıca dinlənilir və şahidlər bir-birinin iştirakı ilə dinlənilmir. Zəruri hallarda şahidlərin ifadələri video və ya audio yazıya alına bilər, lakin zərərçəkmiş uşaqların və məhkəmə iclasına gətirilə bilməyən və ifadələri həqiqəti üzə çıxarmalı olan şəxslərin ifadələri üçün video və ya audio yazının aparılması məcburidir. Əldə edilən audio və video yazılardan yalnız cinayət prosesində istifadə olunur.

Mənbə: Dilekçe Sepeti

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et