Bu gün:

Oruc tutanda nələrə diqqət edilməlidir?


Oruc tutanda nələrə diqqət edilməlidir?

Ramazan ayında oruc tutmaq səbəbindən yeməklərin sayının azalması, yeməklər arasında saatların uzanması, bunun nəticəsində su və mineralların itirilməsi nəticəsində maddələr mübadiləsində dəyişikliklər baş verir. Uzun müddət oruc tutduqdan sonra mədənin intensiv şəkildə stimullaşdırılması, xüsusilə həzm sistemində bəzi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu səbəbdən Ramazan ayında belə halların qarşısını almaq üçün qidalanmaya diqqət yetirmək vacibdir.

Ən vacib məqam imsak və iftar saatlarını qaçırmamaq və bu yeməklərdə mümkün qədər balanslı yeməkdir.

* İmsakda insanı tez susayacaq və ac qoyacaq qızardılmış yeməklər, xörəklər, desertlər, çox duzlu və ya çox ədviyyatlı yeməklər olmamalıdır. Toxluğu uzadacaq, kifayət qədər maye ehtiva edən, yuxuya getmədə problem yaratmayan, bağırsaq hərəkətləri üçün kifayət qədər lifi olan, duzu çox olmayan qidalara üstünlük verilməlidir. Toxluq dövrünü uzadacaq qidaları qəbul etmək lazımdır. Misal üçün: imsakda 1 stəkan süd içmək, 1 porsiya meyvə yemək, yumurta və pendir kimi zülal qaynaqlarını seçmək, lif tərkibinə görə mövsümi tərəvəzlərə sahib olmaq, taxıl çörəyinə üstünlük vermək, qoz kimi yağlı toxumları qəbul etmək toxluq müddətini uzatmaq üçün vacibdir. Və imsakda mütləq bol su içilməlidir.

* İftar zamanı birdən-birə boş bir mədəyə yükləmə həzm pozğunluğuna səbəb ola bilər. Ən yaxşısı 1-2 stəkan su ilə iftar etməkdir. Daha sonra zövqə görə bir xurma və ya bir neçə zeytun, sonra şorba qəbul edilə bilər. Şorbanı içdikdən sonra mədəyə istirahət vermək üçün 10-15 dəqiqəlik fasilə vermək daha yaxşı olardı. Sonra əsas yeməklə davam etmək olar. Əsas yeməyin bişirilmə üsuluna diqqət yetirilməlidir. Mədə problemlərinin qarşısını almaq üçün qızartma və qovurma kimi qeyri-sağlam yemək üsullarından uzaq durmaqda fayda var.

* İftar və imsak arasında kiçik bir qəlyanaltı əlavə etmək yavaşlayan maddələr mübadiləsini dəstəkləmək üçün vacibdir. Burada süd məhsulları, meyvələr, fındıq və fıstıq kimi yağlı toxumlara üstünlük verilə bilər.

* Nəhayət, bu proses zamanı bədən susuz qalmamalıdır. Gündə ən az 2-2,5 litr suya çatmaq hədəflənməlidir.

Mənbə: Aritmi Sağlık Grubu

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et