Bu gün:

Vertiqo nədir?


Vertigo nədir? 

Vertigo tarazlığın itirilməsi və başgicəllənmə kimi təyin olunur. Vertigo, demək olar ki, hər kəsin yaşadığı sadə başgicəllənmə kimi təyin edilə bilməyən tibbi bir simptomdur. Vertigo tez-tez hərəkət edərkən, sürətlə əyildikdə və ya ayağa qalxarkən baş verə bilər. Hətta kiçik hərəkətlər, gəzintilər və hətta istirahət zamanı da vertigo simptomları daşıyan şəxs titrəmə, başgicəllənmə ilə qarşılaşa bilər.


 Vertigo tarazlıq hissini dəyişir və yıxılma riskini artıra bilər. Bir neçə saniyədən bir neçə saata qədər davam edən kəskin hücumlarda baş verə bilən vertigo, sürətli hərəkət, çox tez dönmə, yerimə, nəqliyyat vasitəsi və ya dəniz xəstəliyinə bağlı olaraq meydana gələ bilər və ya hərəkətdən asılı olmayaraq öz-özünə baş verə bilər. Ən çox müşahidə edilən simptomlardan biri olan başgicəllənmə öz başına bir xəstəlik olmasa da, bir xəstəliyin əlaməti ola bilər. Bəzən hətta şiddətli asqırmanın səbəb olduğu vertigonun arxasında ciddi xəstəliklər ola bilər.

Vertigonun səbəbləri nələrdir? 

Klinik başgicəllənmə insanın ayaq üstə ikən ətrafdakı elementlərin fırlanması hissi kimi müəyyən edilir. Bu mənada başgicəllənmənin səbəbləri iki qrupda araşdırılır: 

Mərkəzi Vertigo: Mərkəzi sinir sistemindəki problemlərdən qaynaqlanır. Xüsusilə beyin, beyin sapı və beyincikdən qaynaqlanan vertigo bu qrupda araşdırılır. Vertigo bu orqanlarda baş verə biləcək qanaxma, insult, miqren, şiş və dağınıq skleroz (MS) kimi bəzi xəstəliklərin əlaməti olaraq görülə bilər. 

Periferik Vertigo: Daxili qulaq və balans sinirindən yaranan vertigo bu qrupda nəzərə alınır. Mərkəzi vertiqodan daha çox rast gəlinən periferik başgicəllənmələr arasında:  Labirint və yarımdairəvi kanalların səbəb olduğu başgicəllənmə, tarazlıq sinirinin pozğunluqlarından qaynaqlanan başgicəllənmə, tarazlığı təmin edən utrikül və kisəciklər adlanan daşların səbəb olduğu başgicəllənmə kimi vəziyyətlər.

Vertiqonun əlamətləri hansılardır

Vertigo, tarazlığın pozulması səbəbindən bir insanın yıxılmasına və yaralanmasına səbəb ola bilər. Zehni çaşqınlıq və mühakimə qabiliyyətinin pozulması nəticəsində başgicəllənmə yaşayan bir şəxs yeriməkdə çətinlik çəkə, ürək bulanması, qorxu və narahatlıqla üzləşə bilər. Vertigo adətən sadə dərmanlar və ya həyat tərzi dəyişiklikləri ilə bir müddət sonra yox ola bilər. Ancaq bəzi hallarda başgicəllənməni müalicə etmək üçün əvvəlcə onun altında yatan səbəbləri aradan qaldırmaq lazımdır. Əgər əvvəllər heç vaxt başgicəllənmə problemi yaşamamısınızsa, birdən başlayıbsa və uzun müddətdir yaxşılaşmayıbsa, ən qısa zamanda həkimə müraciət etməyi unutmayın. Vertigo özlüyündə bir simptomdur. Vertigo ayrı bir xəstəlik olmadığı üçün tipik simptomları yoxdur.

Mənbə: acibadem.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et