Bu gün:

Hər kəs riyaziyyat öyrənə bilər


Ən çətin dərs dedikdə ağıla ilk gələn fənn riyaziyyatdır. Bir çox şagirdlərin qorxulu yuxusu olan riyaziyyatın məktəbdəki akademik uğurda mühüm payı var. Mine Özdemir Güneli-İbtidai sinifdən bəri tədris olunan bir dərs olsa da, orta məktəb və universitet imtahanlarında bu fənn suallarında bir doğru cavab belə yaza bilməyən namizədlər var. Bəs riyaziyyatı öyrənə bilməməyin əsas səbəbi nədir?

Bu sualın cavabını 30 ildir orta məktəbdə riyaziyyat müəllimi işləyən Qaye Türkkan verir. Riyaziyyatı öyrənməyin riyazi zəkaya və ya qabiliyyətə sahib olmaq ilə birbaşa əlaqəli olmadığını dilə gətirən Türkkan şüurlarda tabu halına gələn bu qavrayışın hər kəsin riyaziyyatı öyrənə biləcəyi qavrayışı ilə əvəz edilməsi lazım olduğunu bildirir.

Diqqətinizi başa düşməyə yönəldin 

Bir çox şagirdlərin riyaziyyatla arasına divar qurduğu üçün öyrənmə prosesinə başlaya bilmədiyini deyən Türkkan,-“Bu divarı bir qərəz kimi düşünə bilərsiniz”. 

Öyrənə biləcəyinə dərindən inanmayan tələbə əslində, öyrənməyə gözlərini və qulaqlarını bağlamışdır. Əgər onlar divarı sındırmasalar, tələbə həqiqi mənada təlim prosesində iştirak edə bilməz. Amma divarı yıxdıqda onun zehni azad və açıq qalacaq. Əlbəttə ki, öyrənmək burada bitməyəcək, yalnız burada başlayacaq. Davamı o zaman gələcək ki, biz intizamla, əzmlə və möhkəmliklə irəliləyəcəyik.

Mövzunu, həqiqətən, dərk etmədən sual həll etmə üsulları ilə müvəffəqiyyətin əldə oluna bilməyəcəyini vurğulayan Türkkan,-“Həqiqətən, assimilyasiya edən insan problemlər qarşısında yaradıcı düşünə bilər”. 

İmtahan sistemi bizdən yaradıcı düşünməyi tələb edir. Çünki o, məlumatı cari həyata uyğunlaşdırmaqla və onu həyatla əlaqələndirməklə düşünmə qabiliyyətimizi ölçür. Başqa sözlə desək, o, ilk növbədə əzbərdən istifadə etmədən məna və anlama üzərində cəmləşməlidir. Video mühazirələrdən başqa hər hansı riyaziyyat tərifini və ya konsepsiyasını oxuyaraq məlumatı məhz özü başa düşməyə çalışmalıdır. Çünki məlumatı sistem verir. O, məlumatı qavramaq və istifadə etmək və onu digər sahələrə uyğunlaşdırmaq qabiliyyətini ölçməyə çalışır.

Mənbə: Milliyət

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et