Bu gün:

Çiyələyin faydaları nələrdir?


Çiyələk iyirmidən çox növü olan rosaceae ailəsinə aid bir bitkidir. Ən geniş tanınan və istifadə edilən bağ çiyələyidir. Çiyələkdə yüksək miqdarda kalsium, fosfor, dəmir, A və B vitaminləri var; Xərçəng, diabet, insult və ürək xəstəliyi kimi ciddi sağlamlıq problemləri riskini azaltmağa kömək edən C vitamini və digər antioksidanlarla da zəngindir.

Çiyələyin Sağlamlığa Faydaları Nələrdir?
Çiyələk digər meyvələr kimi vitaminlər, minerallar, lif və antioksidant xüsusiyyətlərə malik birləşmələrlə zəngindir. Qidalandırıcı pəhrizin bir hissəsi kimi müxtəlif şərtlərin qarşısını almağa kömək edə bilən çiyələyin faydalarına aşağıdakılar daxildir:


Ürək Sağlamlığını qoruyur
Normalda qanda trigliseridlərin yüksək səviyyəsi ürək xəstəliyi riskini artıra bilər. Çiyələklərin müntəzəm və ölçülü istifadəsi trigliserid səviyyəsini aşağı salmaqla ürək xəstəliklərinin qarşısını alır.


İmmunitet sistemini gücləndirir.
İmmunitet sistemi orqanizmin müdafiə mexanizmini yaradaraq orqanizmi xəstəliklərə qarşı qoruyur. Kifayət qədər miqdarda C vitamini qəbul etməmək immunitet sistemini zəiflədir və xəstəliklərin yaranmasına səbəb olur. Çiyələk tərkibindəki güclü C vitamini ilə immunitet sistemini dəstəkləyərək xəstəliklərin yaranmasının qarşısını alır.


Beyin sağlamlığını dəstəkləyir.
İrəli yaşla, beyin zehni itiliyinin bir hissəsini itirə bilər. Bu meyvənin tərkibindəki antioksidantlar koqnitiv geriləmənin qarşısını alaraq beynin düşünmə və emal qabiliyyətini qoruyur. Həm də yaddaşı dəstəkləyərək Alzheimer kimi ciddi xəstəliklərin yaranmasının qarşısını ala bilər.

İltihabı azaldır.

Sağlam olmayan yemək vərdişləri, siqaret və oturaq həyat tərzi bədəndə iltihaba səbəb olur. Çiyələyin tərkibindəki antioksidant maddələr iltihabın əmələ gəlməsinin qarşısını alır və mövcud iltihabın sağalmasını dəstəkləyir.

Xərçəngdən qoruyur.
Çiyələk fitokimyəvi, xərçəng əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir. Çiyələyin tərkibində olan fitokimyəvi maddələr xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır və mövcud xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır.

Mənbə: npistanbul

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et