Bu gün:

Bu gün metro təyinat yerinə çatmağın ən əmin və sürətli yoludur


Bu gün metro təyinat yerinə çatmağın ən əmin və sürətli yoludur

Hər gün milyonlarla insan ondan istifadə edir və getdikcə yeni xətlər və stansiyalar açılır. Müasir Moskvanı metrosuz təsəvvür etmək mümkün deyil. Moskvada metro yaratmaq üçün ilk təkliflər hələ 1875-ci ildə ortaya çıxdı, lakin layihənin özü heç vaxt baş tutmadı. Moskva metrosu yalnız 50 ildən sonra açıldı.

İngilislər metronun yaradılmasında qabaqcıl oldular - 3,6 kilometr uzunluğunda olan ilk xətt 1863-cü il yanvarın 10-da Londonda tikilib istifadəyə verildi. Əvvəlcə buxar çəkmə ilə işlədilib, 130 il əvvələ qədər, 1890-cı il noyabrın 4-də xətt elektrik enerjisi ilə əvəz olundu.

Dünyada ilk yeraltı dəmir yolu London küçələrində atlı nəqliyyatın aktiv şəkildə istifadə edilməsi, onun həddindən artıq sıxlaşması və bu, metro tikintisi zərurətini doğurması ilə əlaqədar yaranıb. Bundan əlavə, birinci metro xətti şəhərin mərkəzi və biznes sahələrinə çıxışı təmin etməli idi. Dəmir yolu şəbəkəsi fəal şəkildə inkişaf edirdi, daha çox insan paytaxta tez bir zamanda işə və geri qayıtmağa məcbur olurdu.

Metropoliten Dəmiryol yolunun tikintisi planı 1855-ci ildə təsdiq edildi, lakin pul çatışmazlığı səbəbindən layihə təxirə salındı. Metro ümumiyyətlə görünməmiş ola bilərdi, amma vəziyyəti bir neçə ildir bələdiyyə parlamentində layihə üçün vəsaitin ayrılması üçün lobbiçilik edən vəkil Çarlz Pearson xilas etdi. Təəssüf ki, Pearson metronun görünməsinə bir il qalmış, açılışını gözləmədən dünyasını dəyişdi.

İlk metro xətti olan Böyükşəhər Dəmiryolu 10 yanvar 1863-cü ildə açıldı. Demək olar ki, bütün şəhər “texnologiya möcüzəsini” görmək üçün toplaşdı. Onun uzunluğu 3,6 kilometr (digər mənbələrə görə - altı kilometr) idi, yol boyu yeddi stansiya var idi. Halbuki, deyəsən qatar belə qısa bir məsafəni 33 dəqiqəyə qət etmişdi. Metro böyük uğur qazandı - təkcə ilk gündə ondan 30 min sərnişin istifadə etdi!

Dərhal metronun genişləndirilməsi ilə bağlı qərar qəbul edilib. Və bir il yarım sonra, 1864-cü ilin iyununda başqa bir filial açıldı. Və bir neçə il sonra 30 kilometr uzunluğunda bir halqa xətti meydana çıxdı, bir yeraltı marşrutdan digərinə keçməyə imkan verdi. Bütün bu müddət ərzində metroda buxarla işləyən qatarlar hərəkət edirdi. Vaqonlar üç sinfə bölündü - birinci, ən rahat, sərnişinlər pəncərələrlə tüstüdən qorunurdu. Üçüncü sinifdə insanlar skamyaları olan açıq platformalarda idilər, belə şəraitdə nəfəs almaq çətin idi. Sonra elektrik xətlərinin çəkilməsi qərara alınıb.

İlk elektrikləşdirilmiş metro xətti 4 noyabr 1890-cı ildə açılan Cənub Şəhər xətti idi. Fərqli xətləri idarə edən şirkətlər arasında çoxsaylı münaqişələr başladı, vahid metro xəritəsi yox idi və sərnişinlərin hərəkəti çətinləşdi. Bu, 1908-ci ilə qədər, sahibkar Çarlz Yerkes bütün metro xətlərini alıb birləşdirənədək belə idi. Elə həmin il Albert Stanley çox rəngli bir metro sxemi yaratdı və bu, uğur qazandı. Bundan əlavə, 1911-ci ildə London metrosunda (bütün dünyada ilk dəfə) eskalatorlar peyda oldu və bu, metronun girişindəki növbə problemini həll etdi.

Bu gün metro 59 ölkənin sakinləri üçün adi haldır.

Mənbə: Mir24.tv

Tərcümə etdi: Əlibəyova Ceyla

Paylaş
Şərh əlavə et