Bu gün:

Vəhşicəsinə öldürülən qadın: Hipatiya


Onu "bütün vaxtını sehrə, astrolabiyaya və musiqi alətlərinə həsr etmiş sehrbaz" olmaqda ittiham edirdilər. İttihamlar absurd olsa da, İsgəndəriyyə patriarxı Kirilin davamçılarına arzu edilən təsir bağışladı. 415-ci ildə xristianlar Hypatiyaya hücum etdilər. Bir axşam o, ikitəkərli maşınına əyləşib evə gedəndə qarşısına çıxdılar. Qəzəbli qeyrətçilər onu maşından sürüyərək zorla filosof paltarını soyundurub, yaxınlıqdakı kilsəyə aparana qədər çılpaq şəkildə küçələrdə sürüyüblər. Kilsə bir zamanlar Sezarium idi, Kleopatra tərəfindən sevgilisi Markus Antonius üçün tikilmiş məbəd və imperiyanın yeni dini ilə əlaqədar kilsəyə çevrilib.

Onu tutub küçələrdə sürüyən insanlar Hypatianı xristian kilsəsinin içərisindəki eniş meydançasının döşəməsinə ataraq sındırılmış plitələr və saxsı qırıqları ilə döyərək öldürüblər. Nəhayət öləndə onun cəsədini parçalara ayırıb şəhər divarlarından kənara aparıb tonqalda yandırdılar. Dövrünün ən parlaq dahilərindən biri ola biləcək bir qadın üçün bu, qəddar və faciəli son idi. Hipatianın ölümünü klassik dövrün sonu kimi görən bir çox tarixçi var. Onun ölümü ağılın qızıl dövrünün sonunu xəbər verən ölüm idi.

Onun qətlindən sonra Xristian Kilsəsi hadisəni ört-basdır etmək üçün boş yerə bütün yazılı əsərləri məhv edərək cinayəti gizlətməyə çalışdı. Onun heç bir əsəri bu günə qədər gəlib çatmamışdır və əlimizdə yalnız onun dühasına şahidlik edən tələbələrindən məktublar və tarixi qeydlər var. Bəlkə də Hipatianın ən böyük mirası onun tələbələrinə ötürdüyü sözlərdir: “Düşünmək hüququnuzu qoruyun, hətta səhv düşünmək heç düşünməməkdən yaxşıdır”.

Mənbə: Antiktarih

Tərcümə etdi: Türkan Kərimli

Paylaş
Şərh əlavə et