Bu gün:

Yaddaşı gücləndirmək üçün bir neçə faktor





Maşınınızın açarını hara qoyduğunuzu xatırlamırsınız? Alış-veriş siyahınızı unutmusunuz?  Tək deyilsiniz. 

Hər kəs, ən azı, bir dəfə nəyisə unudur. Bu, yaddaş zəifliyinin göstəricilərindən biridir. İndi sizə təqdim edəcəyimiz bir neçə üsulla yaddaşınızı gücləndirməyə kömək edə bilərsiniz.

Hər gün fiziki cəhətdən aktiv olun

Fiziki aktivlik bədəndəki, xüsusilə, beyindəki qan dövranını sürətləndirir. Beləliklə, siz bu yolla yaddaşınızı daha da "itiləyə" bilərsiniz.

 Başqaları ilə vaxt keçirin

Sosial qarşılıqlı əlaqə depressiya və stressdən qurtulmağa kömək edir. Bunların hər ikisi yaddaş itkisinə səbəb ola bilər. Xüsusilə, tək yaşayırsınızsa, yaxınlarınız, dostlarınız və digər insanlarla bir araya gəlmək üçün imkanlar axtarın.

Disiplinli qalın

Eviniz dağınıqdırsa və ya qeydləriniz dağınıqdırsa, hər şeyi unutma ehtimalınız daha yüksəkdir. Blaknotda, təqvimdə və ya elektron planlayıcıda tapşırıqları, görüşləri və digər hadisələri izləyin. Görüləcək işlər siyahılarına hər zaman yeni olan bir şeyi əlavə edin. Bitirdiyiniz əşyaları yoxlayın. Cüzdanınızı, açarlarınızı, eynəklərinizi və digər zəruri əşyalarınızı asanlıqla tapmaq üçün evinizdə müəyyən bir yerdə saxlayın.

Şirin yuxular

Kifayət qədər yuxu almamaq yaddaş itkisi ilə əlaqələndirilir. Mümkün mərtəbə, sağlam yuxu almağı vacib edin. Yetkinlər, müntəzəm olaraq,  gecə 7-9 saat yatmalıdırlar.


Mənbə: Mayoclinic.org

Tərcümə etdi: Fərahim Rzazadə

Paylaş
Şərh əlavə et