Bu gün:

Hatayda Feniks Mozaikası tapılıb


1934-cü ildə Qədim Dafna şəhərində aşkar edilən Feniks mozaikasının tarixi eramızın 5-ci əsrinin son rübünə aiddir.Təxminən 25 kvadratmetr sahəni əhatə edən mozaika döşəməsi 1936-cı ildən Luvr Muzeyindədir. 

Bir vaxtlar Ellinizm dövründə tikilmiş və bir neçə dəfə yenidən qurulmuş evin açıq həyətinin döşəməsini bəzəyirdi. Aşkar edilərkən böyük ölçüdə məhv olan mozaika paneli daha kiçik miqyasda bərpa edildi. Qanadlı dağ keçiləri ilə bəzədilmiş haşiyə ilə əhatə olunmuş mozaika pannosunun mərkəzində qızılgül qönçələri yatağında feniks təsvir edilmişdir.O, qanadlı dağ keçiləri, Sasani kral ikonoqrafiyasından götürülmüş dekorativ elementlər və Roma imperiya dinində ölməzlik simvollarından biri olan Feniks ilə əlaqələndirilir. Feniks bəzən qədim və orta əsr sənətində quşun Günəşlə əlaqəsini vurğulayan bir halo ilə təchiz edilmiş təsvir edilmişdir. Fenikslərin ən erkən qeydə alınmış təsvirlərində bu haloların Helios (Günəşin yunan təcəssümü) kimi yeddi şüası olur. Yaşlı Plini də quşun başında lələkdən ibarət yal olduğunu qeyd edir.


Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et