Bu gün:

Pomodoro texnikası nədir?


Pomodoro texnikası beş dəqiqəlik fasilələrə bölünmüş 25 dəqiqəlik diqqətli işə əsaslanan vaxtın idarə edilməsi üsuludur. Hər bir iş çeşidi "Pomodoro" adlanır, italyanca pomidor deməkdir.


Texnikanın yaradıcısı Francesco Cirillo 1980-ci illərin sonlarında kollec tələbəsi olaraq öz vaxtını idarə etmək üçün Pomodoro texnikasını yaratdı və iş intervallarını təşkil etmək üçün pomidor formalı mətbəx taymerindən istifadə etdi.

Cirillo iki dəqiqədən başlayaraq bir saata qədər uzanan müxtəlif iş intervallarını sınadı. Bir saata çatanda o, tez başa düşdü ki, bu vaxt bir işə diqqət yetirmək üçün çox uzundur. Cirillo ehtiyacları üçün optimal vaxt olaraq 25 dəqiqə qərar verdi.

Pomodoro Texnikası insanlara bu diqqəti saxlamağa çalışdıqları vaxtın miqdarını məhdudlaşdırmaqla və bərpaedici fasilələr verməklə, mahiyyət etibarı ilə tapşırıqlara daha yaxşı diqqət yetirməyə imkan verirdi.

Pomodoro texnikasından necə istifadə etmək olar?

Pomodoro texnikasının ən yaxşı cəhətlərindən biri ondan ibarətdir ki, heç bir təlim tələb olunmadan istifadə etmək çox sadədir.

Cirillo-nun Pomodoro metodu əsasən 5 maddədə tətbiq olunur:

1-Görüləcək işlər siyahınızı yaradın

2-Cədvəlinizi 25 dəqiqəyə təyin edin və vaxt bitənə qədər işinizdən başqa heç nəyə fokuslanmayın

3-Vaxt bitdikdə 1 seansı tamamladığınızı qeyd edin

4-5 dəqiqə ara verin

5-Bu şəkildə daha dörd pomodoro seansı tamamladıqdan sonra 15-30 dəqiqəlik uzun bir fasilə verin

Bəs bu maddələr necə tətbiq edilməlidir? 

1-Ediləcək işlərin siyahısını tərtib edin

Pomodoro seanslarınızdan maksimum yararlanmaq üçün gününüzə görüləcək işlər siyahısı yaradaraq və yerinə yetirməli olduğunuz vəzifələri qeyd etməklə başlayın.

Siyahınız uzun olarsa təşvişə düşməyin. Daha idarəolunan olmaq üçün işinizi gün ərzində böləcəksiniz. Sadəcə, bu gün nəyə nail olmaq lazım olduğunu qeyd etməlisiniz.

2-25 dəqiqəlik iş üçün taymer təyin edin

Siz Cirillo texnikasını tam olaraq təqlid etməli və pomidor formalı mətbəx taymerindən istifadə etməli deyilsiniz, lakin tam Pomodoro texnikasını təcrübədən keçirmək üçün real taymerdən istifadə edin. Bunun üçün virtual və ya fiziki taymerdən istifadə edə bilərsiniz.

3-Taymer sönənə qədər diqqətinizi tapşırıqlarınıza yönəldin

Taymeri təyin etdikdən sonra seçdiyiniz tapşırıq və ya tapşırıqlar üzərində 25 dəqiqə fasiləsiz işləyə bilməlisiniz. Diqqəti yayındıran amillərlə mübarizə asan məsələ deyil və bu addımı tamamlamaq üçün vaxt lazım ola bilər.

Mümkündürsə, Pomodoro metodundan istifadə edərkən ətrafınızdakıları xəbərdar edin. Bu, fasilələri və xarici diqqəti yayındıran amilləri azaltmağa kömək edə bilər.

Pomodoro zamanı boş vaxtınız varsa və nəyə diqqət yetirəcəyinizə əmin deyilsinizsə, bu vaxtı təkmilləşdirmək və işinizi təşkil etmək üçün istifadə edin. Tamamladığınız tapşırıqlar üzərində düşünün və ya taymer sönənə qədər öyrəndiklərinizi qeyd edin.

4-Beş dəqiqəlik qısa fasilədən həzz alın

Vaxtdan səmərəli istifadə edərək dərs seansını doldurduğunuzda beş dəqiqəyə qədər fasilə verə bilərsiniz. Qəlyanaltı etmək və ya su butulkanızı doldurmaq üçün bu vaxtdan istifadə etməyi düşünün.

Gözlərinizə bir az istirahət verin və mümkündürsə, ekran vaxtını məhdudlaşdırmağa çalışın. Ayağa qalxın və ayaqlarınızı uzadın və ya bədəninizi hərəkət etdirin. Sağlamlığınızın qayğısına qalmaq günün qalan hissəsində motivasiyanızı qorumağa kömək edəcək.

5-İlk dörd addımı təkrarlayın

İlk dörd addımı dörd dəfə təkrarlayın. Dörd Pomodorosun hamısını tamamladıqdan sonra dördüncü addımı keçi və birbaşa altıncı addıma keçin.

6-Hər dörd və ya beş Pomodorodan sonra daha uzun fasilədən həzz alın

Dörd Pomodorosu tamamladıqdan sonra bu dəfə daha uzun fasilədən həzz alın. Özünüzə 15-20 dəqiqə vaxt ayırın. Bu fasilədən yemək yemək və ya çöldə bir neçə dəqiqə vaxt keçirmək üçün istifadə edə bilərsiniz. Nə olursa-olsun, fasilədən ağıllı istifadə edin.

Pomodro texnikası işə yarayırmı?

Pomodoro texnikası həm də məhsuldarlığı artırmaq üçün nizam-intizam təcrübəsinin qurulmasına kömək edir. Digər tərəfdən, qısa fasilələrin bu texnikadan istifadə edənlərin diqqətini cəmləməsinə kömək etdiyi də bildirilir.

Təbii ki, hər kəs üçün uyğun vaxt idarəetməsi və iş texnikası qurmaq kifayət qədər çətindir. Bununla belə, başqa insanlar tərəfindən bəyənilən üsulları sınamaq və fəaliyyəti sizə uyğunlaşdırmağa çalışmaq vaxtı düzgün idarə etmək üçün yaxşı seçim ola bilər. Vaxtdan səmərəli istifadə etmək üçün bu texnikanı sınamağa nə deyirsiniz?

Mənbə: Speakeragency

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et