Bu gün:

İdmanın şəkər xəstəliyinə təsiri


Daxili xəstəliklər üzrə mütəxəssis olan Dr. Məsut Şahin diabetin mədəaltı vəzinin qanda qlükoza səviyyəsinə nəzarət edən insulin hormonunu istehsal etməməsi və ya orqanizm tərəfindən effektiv istifadə edilməməsi nəticəsində yaranan xroniki bir xəstəlik olduğunu qeyd edib.



Diabetin əlamətlərinə toxunan Dr. Şahin,- “Həddindən artıq susuzluq, tez-tez sidiyə getmə, yorğunluq və səbəbi bilinməyən kilo itkisi ümumi simptomlardır, lakin açıq-aşkar simptomlar da olmaya bilər",-dedi.

Yuxarıda qeyd edilən simptomlardan biri və ya bir neçəsi sizdə varsa, gecikmədən bir sağlamlıq müəssisəsinə müraciət etməlisiniz. Şəkərli diabetin müalicəsində xəstənin effektiv rolunu təmin etmək üçün xəstənin anlaması, öz-özünə dərman müalicəsi və qanda qlükoza monitorinqinin olması böyük əhəmiyyət kəsb edir.

Şəkər xəstəliyinin qarşısını almaq mümkündür.

Şəkər xəstəliyinin qarşısı almağın mümkünlüyünü vurğulayan Dr. Şahin,-“Şəkər xəstəliyinin qarşısını almaq heç də çətin deyil. Bunun üçün hərəkət etmək lazımdır. İnsanlar həyatlarında köklü dəyişikliklər edə bilməsələr belə, bir-iki kilo arıqlamaqla, avtobusdan iki-üç dayanacaq əvvəl enib piyada getməklə, şəkərli-yağlı qidalar əvəzinə qatıq, meyvə və salat qəbul etməklə şəkər xəstəliyi ilə mübarizə aparmaq gücünə malik olurlar. Şəkər xəstəliyinə sahib olanlar dəqiq və balanslı qidalanmaya diqqət yetirməlidirlər. Onlar mütəmadi olaraq, idman etməli və çəkilərini nəzarətdə saxlamalıdırlar",-deyə qeyd etmişdi.

Dr. Mesut Şahin şəkər xəstələrinin düzgün miqdarda qida qəbul etmələrinin vacibliyini vurğulayaraq,-"Qidalanma proqramınız tam sizə görə uyğun olmalıdır. Başqa bir şəkər xəstəsinin rejimi sizin üçün uyğun olmaya bilər. Bu səbəblə, qidalar dietoloqun tövsiyə etdiyi miqdarda qəbul edilməlidir. Gəzinti və velosiped sürmə kimi idman növləri şəkər xəstələri üçün asan və ideal məşğuliyyəti. Şəkərli xəstələri dərmanlarını həkimlərin tövsiyə etdiyi kimi istifadə etməlidirlər. Həkimin tövsiyə etdiyi kimi qan şəkərini ölçməli, insulindən istifadə etməsi lazım gələrsə, tibb bacısının göstərdiyi təcrübəyə uyğun olaraq həkiminin tövsiyə etdiyi dozada və vaxtında tətbiq etməlidir. Hər 3-4 aydan bir həkim müayinəsindən, ildə bir dəfə isə göz və nevroloji müayinədən keçməlidir",-deyib.


Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et