Bu gün:

Asılılıq yaradan qidalar


Elə yeməklər var ki, onların dadına qarşı çıxa bilmirsən. Bunun bir sıra səbəbləri var. Bu asılılıq yaradan qidalarla diqqətli olun.

Özünüzü şirniyyat yeməkdən çəkindirə və xəmirə yox deyə bilmirsiniz? Deməli, siz bu növ qidalara aludə ola bilərsiniz. Bu zahirən günahsız qidalar, nikotin, spirt və ya maddə kimi asılılıq yaradır. Əgər bu növ qidaları fasiləsiz qəbul edirsinizsə, bu, asılılıq deməkdir. Bəs, qadınların 97 faizini, kişilərin isə 68 faizini asılılıq yaradan bu növ qidaların nə olduğunu bilirsinizmi? 


Glisemik indeks qidanın qan şəkərini yüksəldə biləcəyini ifadə edən bir termindir. Şirniyyatlar, ağ çörək, kartof və qarğıdalı kimi qidalar yüksək glisemik indeksi olan qidalar arasındadır. Yüksək glisemik indeksi olan qidaların asılılıq ilə əlaqəli olub-olmaması ilə bağlı araşdırmalar çox maraqlı məlumatlar ortaya qoyur. Təcrübə zamanı iştirakçılara eyni kalorili müxtəlif glisemik indeksli qidalar verilir. Yüksək glisemik indeksi olan qidalar yeyildikdə beynin asılılıqla əlaqəli sahəsi aktivləşir. Yəni nikotin aludəçilərinin dopamin səviyyəsi yüksəldiyi kimi, bu növ qidaları qəbul edənlərdə də eyni vəziyyət yaranır.


Yağ yeməyin dadını artıran qida maddəsidir. Yağlı yemək yedikdə ağızda dad hissi artır və beyində somatosensor bölgə aktivləşir. Bu nahiyənin aktivləşməsi insanın bu qidaya aludə olmasına səbəb olur. Çips, pizza və kartof qızartması kimi yüksək yağ tərkibli qidalar asılılıq yarada bilər. Bundan əlavə, çox yağlı və yüksək kalorili qidalar beyində həyəcanverici sinirlərə təsir edir, beyində asılılıqla bağlı kimyəvi maddə olan dofamini stimullaşdırır və yeməkdən həzz alır.

Əsrlər boyu süfrələrimizdə olan duz qədim zamanlarda yeməklərin xarab olmasının qarşısını almaq üçün istifadə edilsə də, bu gün əsas dad artırıcılardan biridir. Araşdırmalar göstərir ki, duz beyindəki mükafat sisteminə təsir edir və bu səbəbdən asılılığa səbəb ola bilər.


Şokoladın tərkibində teobromin və kofein kimi psixoaktiv maddələr var. Bu tip maddələr mərkəzi sinir sistemini stimullaşdıraraq asılılıq yaradır. Bu psixoaktiv maddələrdən başqa şokolad beyində xoşbəxtlik hormonu olaraq bilinən serotonin və həzz verməsi ilə tanınan endorfin hormonlarının ifrazına səbəb olaraq asılılıq yaradır. Asılılıqdan əlavə, şokolad həvəsinə səbəb olan başqa bir səbəb maqnezium çatışmazlığıdır. Maqnezium bədənin tarazlığı üçün vacib bir mineraldır. Badam, fındıq, qoz, banan və tünd yaşıl yarpaqlı tərəvəzlər kimi qoz-fındıqların tərkibində də maqnezium var.


Mənbə: acibadem.com.tr

Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et