Bu gün:

Badımcan bişirərkən nələrə diqqət etmək lazımdır?


İngiltərədə aparılan bir araşdırmaya görə, tərəvəzlərin infarkt və ya insult riskini daha az azalda bilmə gücünə malik olduğunu qeyd ediblər. Böyük Britaniyanın Milli Səhiyyə Xidməti daxil olmaqla, səhiyyə orqanları hər gün ən azı 5 porsiya meyvə və tərəvəz qəbul etməyin vacibliyini qeyd ediblər. 

Xüsusilə, mütəxəssislər badımcanın çox faydalı tərəvəz olduğunu vurğulayıblar. Badımcan əsasən, zəngin qida mənbəyi kimi tanınır. Tərkibi C vitamini, K vitamini, B6 vitamini, tiamin, niasin, maqnezium, fosfor, mis, pəhriz lifi, fol turşusu, kalium kimi vitaminlər ilə zəngindir.

 

Usta aşpaz İbrahim Erdinin sözlərinə görə, badımcan heç vaxt çiy şəkildə qəbul edilməməlidir. Badımcanı düzgün bişirmədikdə və ya çiy şəkildə qəbul etdikdə birbaşa zəhərlənmə halları ilə rastlaşa bilərik. Hətta bunun adi qida zəhərlənməsindən bir az daha ciddi olduğunu söyləmək xüsusi vurğulamaq lazımdır.

Badımcanda baş verən qaralmaların qarşısını necə ala bilərik?

Badımcanda baş verən qaralmaların qarşısını almaq üçün limon, duz və sudan istifadə edə bilərsiniz.

  • Badımcanları kəsdikdən sonra vaxt itirməyin, onları soyuq suya qoyun.
  • Üzərinə bir az duz səpin.
  • Bir neçə dəqiqə gözlədikdən sonra badımcanların səthini limonla yaxşıca ovuşdurun.
  • Zövqə görə, suya limon dilimləri də əlavə edə bilərsiniz.


Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et