Bu gün:

Çiyələkləri necə təmizləmək lazımdır?


Çiyələk istixanalarda yetişdirilən, əsasən, yay və qış aylarında qəbul edilən meyvələrdən biridir. Tort və şirniyyatların hazırlanmasında daim istifadə edilən, hamı tərəfindən bəyənilən çiyələk meyvəsini necə təmizləməliyik? 

Çiyələk ən çox sevilən meyvələr arasındadır. Çiyələkləri sirkə və ya duz ilə necə təmizləmək lazımdır?

Ötən il sosial şəbəkələrdə çiyələklərin təmizlənməsi ilə bağlı məsələ haqqında çox danışılıb. Çiyələk torpaqda və yerdə bitən meyvə olduğundan təmizlənməsi çətin olan meyvələrdən biridir. Çiyələyi həm sirkə, həm də duzlu su ilə təmizləmək olar. 

Çiyələyi sirkə ilə necə təmizləmək olar? 

 Hamımız bilirik ki, sirkə yaxşı təmizləyicidir. Bir qaba 1 stəkan ağ sirkə və ya alma şirəsindən ibarət 8 stəkan su doldurun. Çiyələkləri 4-5 dəqiqə ərzində suda saxlayın. Vaxtından çox suda qalsa, çiyələklərin rəngi dəyişə bilər. 

Sirkə çiyələkdə olan çirkləri, həm də bakteriyaları məhv edir. Çiyələkləri sirkəli suya qoyun və bir dəfə soyuq su ilə yuyun.  Bundan sonra çiyələkləri yaş halda saxlamayın. Kağız dəsmalla qurudun və sonra dolaba qoyun.

Çiyələyi duzlu su ilə necə təmizləmək olar? 

2 stəkan suya 2 çay qaşığı duz əlavə edin. Çiyələkləri suya qoymaqla, 4-5 dəqiqə suda saxlayın. Əgər çiyələkləri suda çox saxlasanız, yumşala bilər. Hətta çiyələklərin səthlərinin rəngi də dəyişə bilər. 

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et