Bu gün:

Musiqi haqqında elmi və maraqlı faktlar



Musiqi dünya üzərindəki insanlar arasında universal bir dil kimi düşünülür. Hətta musiqini ən yaxın dostumuzun xoşbəxt və qəmgin gününd də tapa bilərik. Bu özümüzü xüsusi biri kimi hiss etdirir və ruh yüksəkliyi verir. Biz də sizə musiqi haqqında bir neçə maraqlı faktları təqdim edirik.

Musiqi fokuslanmağınıza və daha yaxşı işləməyinizə kömək edir

Tələbə və ya peşəkar olmağınızdan asılı olmayaraq, musiqi daha yaxşı işləməyinizə kömək edəcək ən yaxşı yoldaşdır. Həmçinin, musiqi sizin düşüncələrinizi rahatladacaq və mövzuya fokuslanmaq üçün yaxşı bir üsul təqdim edəcək. Bununla da siz özünüzü dünyadan ayrılmış və rahat olduğunuz yerin axıntısında hiss edəcəksiniz

Musiqi qavramanızı dəyişdirə bilər

Bu, ətrafınızdakı dünyaya baxış tərzinizlə əlaqəli musiqi haqqında maraqlı psixoloji faktlardan biridir. Heç hiss etmisinizmi ki, mahnının mənası yaşınıza və ruh halınıza görə dəyişir? Musiqinin sözləri və ritmi duyğularla dinlədiyiniz zaman güclü, eyni zamanda, dərin təsir bağışlayır. Xoşbəxt mahnılar sizi daha xoşbəxt edir, kədərli mahnılar isə həyatın çətin həqiqətləri ilə əlaqələndirməyə kömək edir. Həyatı qavrayışınız sözün əsl mənasında dəyişir.

Oxumaq stressi azalda bilir

Oxumaq stressi əhəmiyyətli dərəcədə azalda bilər. Bu, həm də musiqini dinləmək və oxumağın psixoloji təsirdir. Sevdiyiniz musiqini oxuduğunuzda və ya dinlədiyiniz zaman endokrin sisteminiz stressi azaldan hormonlar ifraz edir. Ağır iş günündən sonra musiqi dinləyərkən özümüzü rahat hiss edirik.

Musiqi ağır beyin zədələrindən və xəstəliklərindən sonra belə xatirələri yada salmaq gücünə malikdir

"Nevropsixoloji reabilitasiya" jurnalında nəşr olunan tədqiqat musiqinin təsirini təsvir edir. Bu, beyin zədəsi olan xəstələrə şərti olaraq xatırlanması mümkün olmayan bəzi xatirələri xatırlamağa kömək edə bilər.


Mənbə: Vedantu

Tərcümə etdi: Fərahim Rzazadə

Paylaş
Şərh əlavə et