Bu gün:

Yemə asılılığı nədir?


Qida asılılığı cəmiyyətdə çox yayılmış və aktual bir problemdir. İnsanın hər hansısa bir yeməyi yeməyə hədsiz istək və həmin yeməyin insana bəxş etdiyi xoşbəxtlik hissini hiss etdiyi zaman yaranan vəziyyətdir. Bir insanın hamburger, şokolad, ləzzətli qidalar kimi yüksək karbohidrat, şəkər və yağ tərkibli qidaları qəbul etməsi qısa müddətdə problem yaratmasa da, uzun müddət üçün ciddi sağlamlıq problemi ola bilər.

İnsanın gün ərzində qəbul etdiyi yeməklərdən başqa fərqli qidalar yemək istəyi də beynin ifraz etdiyi xoşbəxtlik hormonunu aktivləşdirir. Qida istifadəsi insana rahatlıq hissi bəxş edərkən, bu problem müalicə olunmazsa bir çox fiziki və psixoloji problemlərə səbəb ola bilər. Əgər aşkar edilərsə, gecikmədən müalicə edilməlidir. 

Qida asılılığının əlamətlərinə insanın normal yeməyini yeməsi və tox olmasına baxmayaraq yemək istəyi daxildir. Bu zaman insanda tox olsa da, yeməkdən sonra yenə də qəlyanaltı yemək istəyi olur.

Digər tərəfdən həvəslə istifadə edilən qidanın lazım olandan çox istehlak edilməsi vərdişin fərqli bir əlaməti olaraq görülə bilər. Misal üçün, adam deyir ki, yeməkdən yalnız bir neçəsini almaq istəyir. Ancaq yemək prosesini davam etdirmədən və o yeməyi bitirmədən rahatlaya bilməyəndə impulsiv yemək pozğunluğu yaranır.

Mənbə: Npistanbul 

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et