Bu gün:

Xarici ölkədə təhsil alanların diplomları hansı hallarda tanınmır?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı təhsil eksperti İlham Əhmədovdur. O, xarici diplomların ölkəmizdə tanınması barəsində danışıb.


-Xarici ölkədə təhsil alanların diplomları hansı hallarda tanınmır?

Xarici ölkədə təhsil alanların diplumu Azərbaycanda avtomatik olaraq tanınmalıdır. Diplomların tanınması barədə belə bir qanun var ki, tələbənin xaricdə təhsil aldığı universitet həmin ölkənin qeydiyyatında olmalıdır. Həmin ölkədə o universitetin lisenziyası olmalıdır. Tələbə əmrlə o universitetə qəbul olmalı və semestr imtahanlarında iştirak etməli, sonda əmrlə diplom almalıdır. Xaricə gedən tələbələrimiz lisenziyalı universitetdə oxuyur, bu proseslərdən keçir. Tələbənin xaricdə aldığı diplom həmin ölkənin diplomları nostrifikasiya edən idarəsində nostrifikasiyadan keçməlidir. Ölkəyə qayıdan tələbələr universitet oxuduqları ölkədə diplomlarını təsdiq etdirirlər. Bu proses diplomun ölkəmizdə tanınması üçün kifayətdir. Başqa ölkələrdən fərqli olaraq, bizdə əlavə proseslər tətbiq olunur, əlavə imtahanlar keçirilə bilir və s. Bundan əlavə, Azərbaycanın bir neçə ölkə ilə diplomların qarşılıqlı tanınması barədə müqaviləsi var. Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələr həmin dövlətlər siyahısındadır.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et