Bu gün:

Süd məhsullarının orqanizmə 6 təsiri



Uzun illərdir ki, süd içməyin sağlamlığa faydaları vurğulanır və xüsusilə, sümük sağlamlığına inanılmaz təsirləri olduğu deyilir. Əslində, o qədər də sağlam olmadığını irəli sürən araşdırmalar yeni bir mübahisə yaradıb.  Bu içkinin sağlamlığa bir çox faydası sübut olunsa da, bir çox insanlar hələ də onu içməkdən  narahat olurlar və "Süd sizin üçün faydalıdırmı, yoxsa rəfdə qalmalıdır?" sualına hələ də cavab tapa bilmirlər.  Mütəxəssis diyetisyen südün niyə normal pəhrizinizin sağlam və bəzən zəruri hissəsi ola biləcəyini izah edir. 

İnək südü ilə bağlı bu fərqli baxışlara görə, bir çox insanlar südün sağlam olub-olmadığını və ya qeyri-süd tərkibli qidalara keçməli olduqlarını düşünürlər.  Lauren Manaker  süd içməyin təsirləri haqqında dörd mümkün fayda və iki potensial yan təsirləri haqqında danışıb.

Süd sizin üçün xeyirlidirmi? Süd içmənin 4 faydası

 1. Süd sümüklərin möhkəmlənməsinə kömək edir.

  “Daha güclü sümüklər üçün daha çox süd içməlisən” . Bu, çox  köhnə bir deyim olsa da, Manakerin sözlərinə görə, süd, həqiqətən, kalsium, maqnezium və sink kimi sümük sağlamlığını dəstəkləyən qidaları  ehtiva edir.  Buna görə də süd içmək sümükləri mümkün qədər möhkəm edə bilər. 

Nutrients-də dərc olunan son hesabata görə, tədqiqatçılar insanların müəyyən dövrdən sonra da sonra süd məhsullarından çəkinməmələrini təklif edirlər, çünki bu içki sümük kütləsini qorumağa və insanların yaşlandıqca qarşılaşa biləcəyi ümumi problem olan osteoporozun qarşısını almağa kömək edir.

2.Protein əlavəsi alacaqsınız

 Süd məhsulları yüksək keyfiyyətli zülalın əla mənbələri ola bilər, lakin bir çox insanlar daha çox yağ tərkibinə görə bu qida və içkilərdən çəkinirlər.  Bununla belə, süddən qaçırsınızsa, zülal artırmağın asan yolunu əldən vermiş olursunuz.

3. İmmunitet sağlamlığını dəstəkləyir

 Manakerin sözlərinə görə, "Süd sink və A vitamini kimi qidalar sayəsində immunitet sisteminizi də gücləndirməyə kömək edir”.

CDC A vitamininin həm immun sağlamlığınız, həm də görmə qabiliyyətiniz üçün vacib olduğunu vurğulayır, buna görə də uşaqların  bu mikroelementi kifayət qədər almağa başlaması xüsusilə vacibdir.  Tədqiqatlar həmçinin sinkin immun sisteminə kömək etdiyini göstərir və bəzi mütəxəssislər bunun immunitet sağlamlığı üçün vacib qidalardan biri ola biləcəyini xüsusi olaraq söyləyir.

4. Əlavə B vitaminləri alacaqsınız

 Yalnız bir stəkan süd içmək, vücudunuza bir çox növ B vitaminləri üçün faydalı bir təkan verə bilər.  B12 ən çox süddə olur, bu da sinir hüceyrələrinizə və qan damarlarınıza fayda verə bilər.  Qidalanma siyahinıza  ilk baxdığınız zaman digər B vitaminlərinin siyahısını görə bilməzsiniz, lakin bir çox B vitaminlərinin başqa adları var.

Məsələn: riboflavin B2, niasin B3, biotin B7 və folat B9-dur.  Süddə az miqdarda bu B vitaminləri olsa da, onlar yenə də gündəlik olaraq  orqanizmə  fayda verəcəklər.

Süd içmənin əlavə iki potensial təsiri:

 1. Daha çox doymuş yağ istehlak edəcəksiniz

 Süd içməyin bir sıra faydaları olsa da, nəzərə almaq istəyə biləcəyiniz bir neçə şey var:

 Birincisi, süd alternativi içməkdən daha çox doymuş yağ qəbul edə bilərsiniz. Bir stəkan tam süddə təxminən 4,5 qram doymuş yağ, 1 faiz süddə isə cəmi 1,5 qram var.  Bəzi doymuş yağlara sahib olmaq zərərli deyil, lakin bu növ yağda yüksək diyetlər yüksək xolesterol və ürək xəstəliyi riskinin artmasına kömək edə bilər.  Bu əlbəttə ki, süddən tamamilə imtina etməyiniz mənasına gəlmir, xüsusən də onun bir çox faydasına görə.  Ancaq Amerika Ürək Assosiasiyası sağlam ürək üçün özünüzü yalnız 13 qram doymuş yağla (və ya gündəlik kalorinizin 5-6 faizi) məhdudlaşdırmağı tövsiyə etdiyi üçün nə qədər içdiyinizə diqqət yetirmək vacibdir.

2.Siz laktoza qarşı dözümsüz ola bilərsiniz

 "Süd sizin üçün yaxşıdır?" sualı yaranarsa, laktoza dözümsüzlüyü olan insanlar üçün cavab fərqli olacaq.  Bu heç birimizin düşünmək istəmədiyi və çoxumuzun qorxduğu bir şeydir, çünki bu pendir boşqabımızdan və şərab vərdişimizdən imtina demək ola bilər.  Ancaq həkiminiz laktoza qarşı dözümsüz olduğunuzu təsdiqləsə, bu, süd məhsullarından imtina etməyiniz lazım ola bilər.

Mənbə: Habertürk
Tərcümə etdi: Lalə Mənəfova



Paylaş
Şərh əlavə et