Bu gün:

Bədənimizdəki bakteriyaları öldürən 9 təbii antibiotik


Təbiət möcüzələrlə doludur və bədənimiz üçün faydalı olan çoxlu qidalar var. Bu qidaların bəziləri bədənimizdəki bakteriyaları öldürür. Keçmiş zamanda atalarımız antibiotiklər və təbii vasitələr üçün torpağa güvənməyə məcbur idi. Lakin bu gün həkim kabinetinə girib reseptlə çıxıb gedirik. Müasir tibbə insan ömrünü sürətlə uzatdığı üçün təşəkkür etsək də, təbii müalicə üçün hələ də yer var.

1. Sarımsaq və soğan

Sarımsaq və soğan ümumi müalicəvi xüsusiyyətlərə malikdir. Hər ikisində təbii funqisidlər, antibakterial və xərçəng əleyhinə maddələr var. Antibiotiklər və digər əczaçılıq məhsulları olmayan dövrdə sarımsaq və soğan bütün əczaçılıq sənayesini təmsil edirdi.

2. Zəncəfil

İnanılmaz dərəcədə çox təsirli bir bitki olan zəncəfil təzə, toz halında və ya ədviyyat kimi qurudulmuş halda yeyilə bilər. Həmçinin, ekstrakt, yağ, kapsul və ya pastil  kimi istifadə edə bilərsiniz. Zəncəfil ürəkbulanma, iştahsızlıq və hərəkət xəstəliyini aradan qaldırmağa kömək edir . Zəncəfil ağrını kəsmək, iltihab əleyhinə güclü vasitədir.

3. Kokos yağı

Çox xeyirli antibiotik deyəndə kokos kimi, kokos yağı da yada düşür. Bu, təbii antibiotik öskürək, candida göbələyi , iltihab və hətta ziyillərin müalicəsinə ömək edir . Hindistan cevizi yağı həm də zərərli patogenlərin həzm sisteminizə daxil olmasının qarşısını alır.

4. Alma sirkəsi

Siz alma sirkəsini bu siyahıda ən populyar maddə hesab edə bilərsiniz. Bunun yaxşı bir səbəbi var. Sirkə turşusu olan ACV güclü antiinflamatuardır. Sızanaq, artrit daxil olmaqla bir çox vəziyyətin simptomlarını azaltmağa kömək edir. Ağrıları aradan qaldırmağa kömək edir. ACV yaxşı bir probiyotik (qida əlavəsi) dozası da təqdim edir. 

5. Bal

Bal əla antibakterialdır. Balın tərkibində hidrogen peroksid var. Müvafiq araşdırmalar göstərir ki, bal 60-dan çox müxtəlif növ bakteriyanı öldürür. Bundan əlavə, bal yara baxımı üçün əla alternativ müalicə olduğu üçün, böyüklər onu kəsilən hissəyə çəkirdilər.

6. Üzüm toxumu ekstraktı

Üzüm toxumu ekstraktının istifadəsi 16-cı əsrə aiddir. Məlum olub ki, o, mədə-bağırsaq xəstəliklərini sağaldır. Təbii antibakterial xüsusiyyətləri ilə yanaşı, qan dövranını artırmağa, oynaqların iltihabını azaltmağa və dərimizi UV şüalarından qorumağa kömək edir.

7. Kəklikotu yağı

Oregano yağı soyuqdəymələri, infeksiyaları və parazitləri müalicə edə bilir. Bundan əlavə , kəklikotu yağı dərini zərərli bakteriyalardan qorumağa kömək edir. Efir yağı olan kəklikotu bir çox məişət təmizləyicilərində geniş istifadə olunur. Çox güclü qidadır. Sağlamlıq baxımından kəklikotu təbii antiseptik və antimikrobiyal vasitədir. Hətta sızanaq və ekzema kimi dəri xəstəliklərinin qarşısını almaq üçün istifadə edilə bilər. 

8. Mixək

Qərənfilin müalicəvi xüsusiyyətlərini kəşf etmək üçün böyük tədqiqat işləri hələ də davam edir. Alimlərin xüsusi marağı ağız sağlamlığını qorumaq və yaxşılaşdırmaq üçün mixəkdən istifadə etməkdir. Tədqiqatlar göstərir ki, mixək bakteriyaları, diş əti iltihabını effektiv şəkildə öldürür, bu da diş ətinin iltihabını azaltmağa kömək edə bilər. Bir araşdırmada qərənfil, reyhan və çay ağacı yağından ibarət evdə hazırlanmış ağız qarqarasının mağazada satın alınan ağız qarqarasından daha çox ağız bakteriyalarını öldürdüyü ortaya çıxdı.

9. Ekinezya

Günəbaxan ailəsinin üzvü olan ekinezya çiçəyi soyuqdəymə üçün ən yaxşı təbii antibiotiklərdən biridir. Araşdırmalar göstərir ki, çiçək əlavələrindən istifadə soyuqdəymə əlamətlərinin şiddətini 50%-ə qədər azalda bilər. Digər təbii antibiotik vasitəsi kimi qulaq infeksiyaları, ayaq göbələkləri, sinus infeksiyaları zamanı istifadə olunur.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş