Bu gün:

Xurmanın faydaları nələrdir?


Son illərdə sağlam qidalanma tövsiyələri arasında şəkərin yerinə çevrilən xurma lifli quruluşu və çoxsaylı faydaları ilə artıq yalnız Ramazan ayında istifadə edilmir. Bağırsaqlardan yaddaşa qədər bir çox faydaları olan xurma B vitamini mənbəyidir. Anemiyaya qarşı müqavimət təmin edir, enerji verir və yorğunluğu azaltmağa kömək edir. Xurma həm də orqanizmimiz üçün lazım olan C vitamini sayəsində mikroblarla mübarizə aparır və immunitet sistemini gücləndirir.

Pəhrizinizə xurma əlavə edin

Xurma liflə zəngin olduğundan mədədə uzun müddət qalır və yavaş həzm olunur. Beləliklə, daha uzun müddət toxluq hiss edəcək və qida istehlakını azaldacaqsınız. Tərkibindəki yüksək miqdarda kalium və dəmir mineralları da maddələr mübadiləsini sürətləndirir və arıqlama prosesini dəstəkləyir. Ancaq unutmayın ki, 4 xurma 60 kaloridir.

Dəri zədələrini sağaldır

Tərkibindəki antioksidant hüceyrələrin yenilənməsini təmin edir. Bu sayədə toxuması yenilənən dəri daha gənc bir görünüş qazanır. B vitamini ilə də zəngin olan xurma dəridəki qıcıqlanmaların və yaraların sürətlə sağalmasında faydalıdır. Xurma, həmçinin dərini nəmləndirərək daha elastik edir.

Yaddaşı gücləndirir

A və B vitaminləri ilə zənginliyi və tərkibindəki yüksək miqdarda maqnezium sayəsində yaddaşın güclənməsini dəstəkləyir. Bu, xüsusilə, qocalıq və uşaqlıq dövründə xurmanın müntəzəm isteifadəsinin yaddaşı gücləndirməkdə faydalı ola biləcəyini göstərir. Son araşdırmalar göstərir ki, xurmada yüksək miqdarda olan A vitamini növü olan beta-karotinin müntəzəm istifadəsiı yaddaş itkisinin qarşısını almaqda faydalı ola bilər.

Ürək sağlamlığını dəstəkləyir

Qan təzyiqini tarazlayan və ürək ritmini tənzimləyən həyati minerallardan biri olan kaliumla zəngin olan xurma, tərkibində xolesterin olmadığı üçün ürək dostu qidalar arasındadır. Güclü antioksidant olması sayəsində ürəyi zərərli bakteriya və mikroblardan qoruyur və damarların tıxanma riskini azaldır.

Mənbə: Acıbadem Hayat

Tərcümə etdi: Sona Adgözəlova

Paylaş
Şərh əlavə et