Bu gün:

Gümrah həyat üçün bəzi tövsiyələr



Hər bir kəs üçün sağlamlıq ən önəmli və əsas mövzulardan biridir.  Belə olan halda, sağlamlığınızı artırmaq və xəstəliklərə daha da dözümlü olan versiyanızı yaratmaq üçün bəzi tövsiyələr var. Ola bilər ki, bəzi insanların genlərində xəstəliklərə meyillilik var. Araşdırmalar bunu göstərir ki, sağlam yaşam tərzi, pəhriz və optimist düşüncələr bunu əksinə dəyişə bilər. Nəticədə, genlər taleyimiz deyil.

Aşağıdakı siyah sizə sağlamlığınızı artırmaq üçün kömək edəcək:

Çoxlu meyvə-tərəvəz və çərəz yeyin:

"Yemək Qaydaları" kitabının yazıçısı Maykl Pollan insanlara arıqlamağa kömək edən qidaların qəbul edilməsini məsləhət görür. Həmçinin, o bildirir ki, təzə meyvə-tərəvəz yemək xərçəng, diabet və ürək xəstəlikləri riskini minimuma endirir.

Ən azından, gündə 1 kök, banan, alma, portağal, həmçinin, üzüm, yaxud da çiyələk yemək lazımdır. Bundan əlavə, hər gün bir ovuc qoz-fındıq yemək, xüsusilə,  badam, qoz və fındıq iştahı idarə etməyə kömək edir, beyni və ürəyi qoruyur.

Sağlam, eyni zamanda, vitaminlərlə zəngin meyvə-tərəvəzlər bunlardır:

Çiyələk, ispanaq, alma, şaftalı, kərəviz, üzüm, armud, gilas, pomidor, şirin bibər, kartof və.s.

Ərzaqların etiketini oxuyun 

Yuxarıda orqanizm üçün faydalı olan qidalarl sadaladıq. Lakin marketdən ərzaq aldığınız zaman mütləq şəkildə üzərindəki etiketi oxumaq gərəkir. Çünki onların tərkibində səhətiniz üçün zərərli kimyəvi maddələr ola bilər.

Əlavə olaraq, yediyiniz porsiyaya diqqət edin. Bəzi qidalar 100 kaloridən(kcal) çox ola bilər.

Tərkibində bəyaz "tozlar" olan ərzaqlardan uzaq durun

Ağ çörək, şəkər və ağ undan hazırlanan qidalardan davamlı istifadə etməyin. Çünki bunların hamısı müəyyən prosesslərdən keçmiş, ağardılmış və tərkibindəki faydalı maddələr minimuma endirilmişdir. Əgər, həqiqətən də, çörək yemək istəyirsinizsə, tam üyüdülmüş ağ çörəkdən istifadə edə bilərsiniz.

Bununla yanaşı, diabetiniz varsa, çörək və makaron mümkün qədər az qəbul edilməlidir. Sözügedən qidalardan uzaq dursanız, qan şəkəriniz əhəmiyyətli dərəcədə aşağı düşəcək.

Ətdən daha az istifadə edin

Bitki və tərəvəzlərdən hazırlanan yeməklər ətə nisbətən, bir qədər artıq qəbul edilməlidir. Eksperimentlər sübut edir ki, qırmızı ətdən gündəlik istifadə mədə və kor bağırsaq xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır.

Gündə, ən azı, 7-8 saat yatmalısınız

Bütün sadalananlarla birlikdə, düzgün yuxu da orqanizmin sağlam və gümrah olmasına kömək edir. Əgər yuxunuz 8 saatdan çoxdursa və ya azdırsa, həkimə müraciət etməyiniz tövsiyə olunur.

Fiziki aktivliyinizi artırın

Gündəlik 20-25 dəqiqə çöldə gəzməyiniz və bütün bədəninizə günəş şüalarının toxunması orqanizmdə D vitaminin artmasına kömək edə bilər. Həmçinin, sağlamlığınızı nəzarət altında saxlayan cihazlardan istifadə etmək sağlamlıq göstəricilərinizi artırmağa dəstək olacaq.

Mənbə: İherb.com

Tərcümə etdi: Fərahim Rzazadə

 

Paylaş
Şərh əlavə et