Bu gün:

“Uğurlu jurnalist olmaq üçün…”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi jurnalist Elnarə Dərziyevadır. O, uğurlu jurnalist olmağın yollarındandanışıb. 


Sizcə, uğurlu jurnalist olmaq üçün hansı bilik və bacarıqlara dərindən yiyələnmək lazımdır?




Uğurlu jurnalist olmaq üçün ilk növbədə, bu peşəyə sevgin olmalıdır. Çünki təsadüfi gəlinən heç bir peşədə uğur qazanmaq mümkün deyil. Eyni zamanda, gözəl qələmə sahib olmalı, müşahidə və analiz qabiliyyətini özündə inkişaf etdirməlisən. Müsahibinə hörmətlə yanaşmağı bacarmalı, yüksək araşdırma qabiliyyətinə malik olmalısan. Uğurlu jurnalist olmaq üçün bu peşədə ən azı 5 illik təcrübənin olması da əsas şərtlərdəndir. Çalışmaq lazımdır ki, müsahibəyə hazırlaşan jurnalistlərdən yox, müsahibəsinə hazırlaşılan jurnalistlərdən olasınız. Bax, o zaman sən artıq uğurun zirvəsindəsən.


Səmayə Qədirova

Paylaş
Şərh əlavə et