Bu gün:

Alzheimer xəstəliyi və onun əlamətləri


Alzheimer, xalq arasında "zehnin itirilməsi" olaraq təyin olunan nevroloji bir xəstəlikdir. Beyin hüceyrələri zamanla azaldıqca beyin kiçilir. Bununla əlaqədar olaraq insanların unutqanlıq problemləri başlayır. Yaddaş, düşüncə və davranış funksiyalarının da azalmasına səbəb olan bu xəstəlik yaşla özünü göstərir.



Xəstəlik irəlilədikcə xəstələr sözlərində və hərəkətlərində məntiq axtarmamalıdırlar. Xəstə müəyyən şeylərə vəsvəsə edərək eyni şeyi söyləməkdə israr edə bilər. 

Ruhi və davranış şərtlərindən bəziləri bunlardır: Ətraf mühitə yad hiss etmək, nitq pozğunluğu və özünü ifadə etməkdə çətinlik, evdəki mebel və ya otaqların qarışıqlığı, xəyali vəziyyətlərin yaradılması, özünə qulluq edə bilməmək, narahatlıq və kədər.


Azheimer səbəbləri, tam olaraq, bilinməsə də, xəstəliyi gücləndirən bəzi amillərin olduğu düşünülür:


• Ani həddindən artıq kədər
• Genetik meyl
• Baş zədəsi
• Qeyri-sağlam və balanssız pəhriz
• Diabet xəstəliyi
• Yuxu pozğunluqları


Azheimer necə müalicə edilir?


Azheimer xəstəliyinin müalicəsində ən təsirli üsul erkən diaqnozdur. Həkimə tez müraciət etmək və müalicə almaq ən yaxşı üsuludur. Bilinən bir müalicə üsulu olmasa da, bəzi tətbiqlərlə simptomları aradan qaldırmaq və ya azaltmaq mümkündür.

Mənbə: NTV


Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et