Bu gün:

"Təhsil haqqından azad olunan şəxslər…"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucovdur. O, ödənişli əsaslarla təhsil almalı olan tələbələrin hansı hallarda ödənişdən azad edilməsi barəsində danışıb.

Azərbaycanda bir sıra (istisna hallarda) ödənişli əsaslarla təhsil almalı olan universitet tələbələri ödənişdən azad edilir. Bəs bu hansı tələbələrə şamil edilir və tələbə hansı hallarda ödənişdən azad oluna bilər?


Təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil haqqından azad olunmuş şəxslər 6 kateqoriya üzrə təsnifatlaşdırılır. Təhsil haqqından azad olan bu şəxslərin ödənişini dövlət edir. Valideyn himayəsindən məhrum olan, şəhid ailəsi statusu olan şəxslər, məcburi köçkün statuslu vətəndaşlar, şəhid və müharibə əlillərinin övladları və müharibə veteranları təhsil haqqından azaddırlar. Valideyn himayəsindən məhrum olan şəxslər deyəndə hər iki valideyni vəfat edən və ya bir valideyni vəfat edən və digəri də valideynlik hüququndan məhrum edilmiş şəxslər nəzərdə tutulur. Eyni zamanda, bir valideyn vəfat edibsə və digərinin də əmək fəaliyyəti pozulubsa, yəni 80-100% əlilliyi varsa, o şəxslər  23 yaşına qədər orta ixtisas peşə təhsili müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura pilləsində əyani təhsildə ödənişdən azaddırlar.

Qiyabi təhsildə isə bu 18 yaşa qədərdir, çünki bu zaman artıq həmin şəxslərin işləmək imkanı var. Şəhid ailəsi statusu almış ailənin üzvləri 23 yaşına qədər əyani təhsil haqqından azaddırlar. Müharibə veteranları isə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiklərinə görə, orta ixtisas və ali təhsil müəssisələrində bakalavr, həmçinin magistratura təhsil ödənişindən azaddırlar.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et