Bu gün:

“Sual kitabçaları abituriyentlər üçün mayak rolunu oynaya bilər…”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi təhsil eksperti Elmin Nurizadədir. O, sual kitabçalarının abituriyentlərə verilməsinin imkanlarından danışıb.


Bu ildən etibarən abituriyentlərə buraxılış imtahanının sual kitabçaları təqdim olunacaq. Sizcə, bu dəyişiklik abituriyentlərə necə təsir edəcək?



Düşünürəm ki, abituriyentlərə imtahandan sonra sual kitabçalarının verilib, verilməməsinin onların nəticələrinə, imtahan motivasiyalarına təsiri yoxdur. Amma bu addımı mütərəqqi addım hesab etmək olar. Sual kitabçaları abituriyentlər üçün mayak rolunu oynaya bilər, sualların formatı, məzmun xətti və quruluşu ilə məntiqini dəyərləndirərək növbəti imtahana daha yaxşı hazırlaşa bilərlər. Əvvəllər imtahandan sonra sual kitabçaları verilirdi. Müsbət cəhəti ondan ibarət idi ki, abituriyentlər öz nəticələri ilə tez bir zamanda tanış olurdu. Lakin müasir dövrdə artıq buna ehtiyac yoxdur. Çünki imtahandan bir neçə saat sonra DİM-in rəsmi saytında və televiziyada düzgün cavablar açıqlanır. Bütün bunlarla yanaşı, mən sual kitabçalarının verilməsini müsbət dəyərləndirirəm, çünki bu, abituriyentin növbəti imtahanına zəmin yaradır.


Türkanə Meşədiyeva

Paylaş
Şərh əlavə et