Bu gün:

Pəhriz üçün tuna balığı tövsiyəsi




Qidalanma və Pəhriz Mütəxəssisi Taylan Kümeli, pəhriz saxlayanları tox tutmaqla yanaşı, onları doğru qidalarla dəstəkləmək istədiklərini söylədi. 

"Yaşamadan və düzgün fiziki fəaliyyətlə yağ yandırarsanız, bədən formasını korlamadan pəhrizinizin davamlılığını təmin edərsiniz. Xüsusilə də, idmançılar əzələ inkişaf etdirmək üçün zülal lazımdır və bu zülal bədəni kökəltməyən, eyni zamanda əzələ böyüməsini sürətləndirən keyfiyyətli bir zülal olmalıdır. Bu mənada ton balığı son dərəcə əhəmiyyətlidir. Dəyərli məhsuldur”,- dedi.

2 May Dünya Tuna Günü ilə bağlı açıqlama verən Qidalanma və Pəhriz Mütəxəssisi Taylan Kümeli, ton balığının zülal, omeqa 3, vitamin və minerallar baxımından çox əhəmiyyətli bir qida qaynağı olduğunu, həftədə ən az iki dəfə davamlı olaraq istifadə edilməsi lazım olduğunu bildirdi.

Balıq istifadəsinin sağlamlıq üçün əhəmiyyətini vurğulayan Kümeli,- “Müştərilərimizə həftədə ən az iki dəfə, 200-300 qram arasında balıq qəbul etmələrini tövsiyə edirik. Balıq istifadəsinin ardıcıllığı vacibdir. Yəni "ayda 1-2 dəfə balıq yedim" demək deyil ki, balıq yeyirəm. Davamlı olaraq balıq qəbul etmək vacibdir, çünki onun tərkibindəki qida maddələrinin yaxşılığı müsbət davamlı pəhrizimizdə davamlı şəkildə mövcud olmağımız üçün çox vacibdir.


Mənbə: DHA

Tərcümə etdi: Namiq Ataməliyev

Paylaş
Şərh əlavə et