Bu gün:

Totem nədir?



Gündəlik həyatda Totem anlayışı haqqında tez-tez eşidirik. Müasir insanlar baş verənləri və ya olmayanları başqa bir vəziyyətlə əlaqələndirərək ‘’totem ‘’ adlandırırlar və totem etdiklərini söyləyirlər. İstədiyiniz vəziyyət ortaya çıxsa, bunun totem sayəsində olduğunu söyləyir və bu davranışı eyni vəziyyət üçün istifadə etməyə davam edir. Xüsusilə, futbol azarkeşləri oyunu izləyərkən fərqli şeyləri totem kimi qəbul edir, bunu qol vurmaq və yarışın qazanılması ilə əlaqələndirirlər. Bir sözlə, totem bu günlərdə xurafat kimi istifadə olunur. Ancaq bu istifadə tamamilə düzgün deyil. İstifadə etdiyimiz və düşündüyümüzdən fərqli olaraq, totem daha qədim və dini bir elementdir

Totem necə icra olunur?

Totem ibadət olunan bütün obyektlərə verilən ümumi addır. Totemlər müxtəlif növlərdə ola bilər. Bu inanc formasında ibadət olunan bütlər cəmiyyətdən-cəmiyyətə və qəbilədən-qəbiləyə dəyişir. Bir qəbilənin müqəddəs hesab etdiyi bir obyekt, başqa bir qəbilə bunu çox əhəmiyyətsiz olduğunu düşünə bilər. Bu da öz növbəsində bu inancın pozulduğunu göstərir.

Digər tərəfdən, totemist adlanan totemə ibadət edən şəxs başqa bir dinə mənsub olmamalı və yerləşdiyi cəmiyyətin müqəddəs obyektinə inanmalıdır. Bu inam sayəsində həmin obyektin onu hər cür problemdən qoruduğunu düşünür və özündə inam hiss edir. Bunun üçün təşəkkür olaraq bu totem qorunur, hörmət edilir.

Avstraliya və Şimali Amerika totemizm olaraq da adlandırılan inanc köklərinin ilk yayıldığı yerlər olaraq göstərilir. Nə bu inam, nə də totemistlər düzgün hesab edilmir. Bir-biri ilə əlaqəsi olmayan və bir-birindən uzaq olan iki fərqli yerdə köklərin olması da inancın nə qədər dəyişkən və ziddiyyətli olduğunu göstərir.

Totemizm Amerikada "fəzilət" mənasını verən bir sözdür və əsl mənası "oturma yeri" deməkdir. Totem kimi qəbul edilən bir obyektə və ya obyektlərə ibadət etmək və bütləşdirilən bir obyektə ibadət etməkdir.

Mənbə: Bilgiklavuzu

Tərcümə etdi: Tərlanə Abdullayeva







Paylaş
Şərh əlavə et