Bu gün:

Minnətdarlığın həyatımızda nə əhəmiyyəti var?




Minnətdarlıq ən əsas hisslərdən birinin ifadəsidir. Digər tərəfdən, etiketin məcburi bir elementidir. Təşəkkür etmək olduqca asan, kiçik incə bir hərəkətdir. Özlüyündə kiçikdir, lakin təsiri çox böyükdür. Nədənsə bir çoxumuz üçün təşəkkür etmək çətindir. 


Bəs niyə bu qədər çətindir?

Əslində, bu, bir məsuliyyətdir. Həqiqətən, bəzilərimiz bunu bilirik, bəzilərimiz isə bilmirik. Bunu bilənlərdən bəziləri bunu etmək üçün edirlər. Ancaq bunu səmimi etmək daha vacibdir.

Sosial münasibətlərimizə baxdığımızda özümüz də daxil olmaqla, demək olar ki, hər kəsin bir şeydən şikayət etdiyini görürük. Bir neçəmiz narazılığımızı bildiririk.


Bu sualları düşünərkən əsas məsələyə keçək. Həmişə minnətdar olmağı gözləyərək heç bir şey almırıq və ya minnətdarlıq bizi heç nəyi itirməyə məcbur etmir. Bu böyük məsuliyyəti bölüşərək, əmin olun ki, bu sizi daha xoşbəxt edəcəkdir. Çünki minnətdarlıq insanı xoşbəxt edir.


Minnətdar olmaq bizə nə qazandırır?

Tədqiqatlar göstərir ki, minnətdarlıq hissi uzun müddətli münasibətlərdə vacibdir. Çünki qarşılıqlı minnətdarlıq hissi insanlara bir-birlərinə daha hörmətli, səbirli və anlayışlı olmağa imkan verir.

-Sosial əlaqələriniz güclənir.

-Bu inam verir.

-Daha mehriban olacaqsınız.

-Baş verən hadisələrə daha müsbət baxmağa başlayırsınız.

-Depresif hissləriniz azalacaq.

-Şöhrət qazanmağa başlayırsınız.

-Motivasiyanız olacaq.

Mənbə: Bilgiklavuzu

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et