Bu gün:

İnsanlara niyə yox deyə bilmirik?


Bu günlərdə bir çox insanın ortaq nöqtəsinə çevrilən "yox "deyə bilməmə problemi bizi, çox vaxt, istəmədiyimiz şeyləri etməyə məcbur edə bilər. Bəs niyə "yox"deyə bilmİrik? Axı "yox"demək bizə hansı fayda verəcək?


Bu mövzuya toxunan elm adamları, insanların "yox"deyə bilmək üçün aydın sərhədlərə sahib olmaları lazım olduğunu vurğulayırlar. 



Ehtiyacınız olmayan şeylərə "yox" deyərək özgüvəniniz artır: Heç kim sizi istəmədiyiniz bir şeyi etməyə məcbur edə bilməz.


Gündəlik həyatda daha xoşbəxt ola bilərsiniz. Özünüzə daha çox vaxt ayıra bilərsiniz.


"Bəli" deyəndə yaxşılıq mələyi olmuruq. Qarşı tərəfi məmnunetmək xoşbəxtliyinizdən daha vacibdirmi?


Bəzən dostlarınız sizə "ora gedəcəyik, xahiş edirəm bizimlə gəl"deyə bilər. Oraya getmək istəməsəniz də, insanları incitməmək üçün bunu qəbul edə bilərsiniz. Ancaq olduğunuz mühit bu anda sizə heç bir xoşbəxtlik gətirmir. Bu səbəbdən istəmədiyiniz vəziyyətlərdə "yox" deməyi bilmək vacibdir.

 

Axşam işiniz var və müdiriniz gecədə işləməyinizi istədi. Onun belə bir öhdəliyi yoxdur, ancaq onu incitməmək üçün "yaxşı" dediniz. Bu vəziyyətdən məmnun qalacaqsınız?  Psixoloqlar"yox" deyə bilən insanların gündəlik həyatlarında daha xoşbəxt olduqlarını söyləyirlər. Başlanğıcda bunu etmək çətin ola bilər, hətta qarşı tərəfin baxışları da dəyişə bilər, amma öz xoşbəxtliyiniz üçün ‘’yox ‘’ deməyi bacarmaq lazımdır.


İnsanların xoşbəxtliyini öz bədbəxtliyinizlə əlaqələndirməyin. Unutmamalısan ki, həyata bir dəfə gəlirsən və zaman bu qədər sürətlə uçur! Bu səbəbdən, xoşbəxtliyinizin həmişə vacib bir amil olduğunu öyrənməlisiniz! İstəmədiyiniz bir şeyi etməkəvəzinə ətrafınızdakı insanlara "yox" deməyi öyrənməlisiniz!


Çünki xoşbəxtliyinizdən daha vacib bir şey yoxdur! İstəmədiyiniz bir şey təklif edildikdə "yox" deyə bilməməyinizləbağlı problemləri bir kənara qoyaraq və aydın və sərt bir dildə"yox" deməyi öyrənərək dərhal özünə inam qazana bilərsiniz. Beləliklə, zaman keçdikcə daha xoşbəxt və sakit olacağınızıgörəcəksiniz. "Xeyr" deməyin nə qədər çətin olduğunu biləninsanlar gündəlik həyatlarında bu cür vəziyyətlərdən daha çoxistifadə edirlər.


Mənbə: Bilgi Klavuzu


Tərcümə etdi:Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et