Bu gün:

Simge Bakı Konqres Mərkəzində ən sevilən mahnılarını səsləndirib


Məşhur Türkiyəli müğənni Simge Sağın Bakıda ilk dəfə konsert verib. 

Bakı Konqres Mərkəzində  baş tutan konsertə çoxsaylı pərəstişkarları qatılıb.

"Aşkın Olayım" mahnısı ilə  ötən ilə damğasını vuran Simge bir çox bəyənilən mahnılarını səsləndirib.

Həmçinin o, səhnədə Qarabağ klubunu qələbə qazandığı üçün təbrik edib.

Konsert Bahar Sekizkök Denizin rəhbəri olduğu "VenüsProduction"nın təşkilatçılığı ilə baş tutub.


Həvva Cəbrayılova 

Paylaş
Şərh əlavə et