Bu gün:

Claude Monet – Suzanbağılar


"İncəsənətin inciləri" rubrikası Monetin "Suzanbağılar"ı ilə davam edir.

İmpressionizm hərəkatının aparıcı adlarından biri olan Klod Mone həyatının çox hissəsini Paris yaxınlığındakı Qverində keçirib. Lakin o, şəhərə ilk gələndə yerli sakinlər tərəfindən xoş qarşılanmayıb. Monet öz torpağında ənənəvi yapon tipli bağ salmaq istəyirdi. Lakin qəsəbənin yerli sakinləri bölgəyə yad bitkilərin gətirilməsinə və Monenin “qeyri-adi” bağına qarşı çıxıblar. Amma o, təslim olmayıb və çətin olsa da, arzusunda olduğu bağı salmağı bacarıb. İndi o, şəhərdə günlərini rahatlıqla, şəkillər çəkərək keçirə bilərdi... Beləliklə, Mone sonralar özlüyündə bir sənət əsərinə çevriləcək bağçanı öz zövqünə uyğun çiçəklərlə, ağaclarla, bitkilərlə təchiz etdi. Halbuki bağın ən özəl yeri su zanbaqları ilə dolu gölməçə və onun üzərindəki klassik Yapon körpüsü idi...

Klod Mone “Onları çəkməyi düşünərək böyütmədim” desə də, bağçasında gördüklərini öz kətanına köçürüb. O, həyatının son 30 ilində 250-dən çox yağlı su zanbağı tablosunu çəkib... "Su zanbağı" silsiləsinin ən dəyərli hissəsi 8 ədəd nəhəng su zanbağı tablosundan ibarətdir. Monenin son illərində tamamladığı seçimin adı “Böyük ornamentlər”dir. Rəssamın gündəlik həyat və sənətin təfərrüatlarına olan ehtirasının vəhdətində olan bu əsərlər Parisdəki Musée de l'Orangerie-də sərgilənir.

Hazırladı: Gülay Qəribova

Mənbə: https://www.musee-orangerie.fr/en/node/197502

Paylaş
Şərh əlavə et