Bu gün:

Dalğa uzunluğu


Dalğa uzunluğu

 Dalğa uzunluğu dalğa formasının təkrarlanan vahidləri (iki zirvə) arasındakı məsafəyə aiddir. Dalğa uzunluğu yunan hərfi lambda (λ) ilə işarələnir. Dalğa uzunluğu metr, mikrometr və nanometrlə ölçülür. Dalğa uzunluğu nə qədər kiçik olsa, tezlik bir o qədər yüksəkdir.

 İşıq elektromaqnit dalğasıdır. Kiçik enerji paketləri bir nöqtədən digərinə keçərkən işıq hərəkət edir. Bu hərəkət zamanı hissəciklər dalğa formasını izləyirlər. Bu dalğa formasının iki zirvəsi arasındakı üfüqi məsafə dalğa uzunluğunu göstərir.

Çılpaq gözlə işığın yalnız kiçik bir hissəsi (dalğa uzunluğu) görünür. Dalğa uzunluqları 400-750 nm aralığında olan işığı görə bilirik və buna görə də qeyd olunan diapazonda olan işıq görünən işıq adlanır. Bundan daha uzun dalğalara infraqırmızı, qısa dalğa uzunluqlarına isə ultrabənövşəyi deyilir.

 Qamma şüaları, rentgen şüaları, mikrodalğalı sobalar və radio dalğaları əslində yüngüldür.

 İşığın müxtəlif dalğa uzunluqları onları fərqli rənglər kimi qəbul etməyimizə kömək edir. Beləliklə, dalğa uzunluğu əslində işığın rəngini təyin edir.

Mavi: 450-500 nm

 Yaşıl: 500-570 nm

 Sarı: 570-590 nm

 Narıncı: 590-620 nm

Qırmızı: 620-750 nm

 Göstərilən dalğa uzunluğu diapazonunda rənglər eyni deyil. Məsələn, 500 nm dalğa uzunluğunda yaşıl maviyə daha yaxındır. 570 nm dalğa uzunluğunda yaşıl sarıya daha yaxındır.

 Ağ işıqda vəziyyət çox fərqlidir. Ağ işıq əslində rəng deyil, ona görə də ağ işıqda tək dalğa uzunluğundan danışmaq mümkün deyil. Ağ işığı əldə etmək üçün dalğa uzunluqlarının, yəni müxtəlif rənglərin qarışığı tələb olunur. Görünən işıq spektrinin bütün dalğa uzunluqları eyni vaxtda gözə çatdıqda, onlar ağ kimi qəbul edilir.

 Ağ işığın rəngi onun rəng koordinatları (x, y) və ya müvafiq olaraq Kelvin dəyəri ilə müəyyən edilir.

Mənbə: aydinlatma. org

Tərcümə etdi: Aysel Aslanova

Paylaş
Şərh əlavə et