Bu gün:

“Əgər bir informasiya emosional yük daşıyırsa…”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi nevroloq Qalib Əsədovdur. O, yaddaşsızlıq problemi haqqında danışıb. 

-Son dövrlərdə bütün dünyada yayılan yaddaşsızlıq probleminin yaranmasına nə səbəb olur?
Bu gün gənclərdə müşahidə edilən hallar yaddaş yox, diqqət pozuntusudur. “Əlimdəki qələmi hara qoymuşamsa, tapa bilmirəm”, “Səhər nə yediyim yadımdan çıxıb”, “Açarları qoyduğum yeri unutmuşam”, bəzən hətta telefon, yaxud başqa əşya əlimizdə ola-ola onu başqa yerlərdə axtarmaq diqqət pozuntusundan irəli gəlir. Yaddaş bizim iradəmizdən asılı olmayan bir şeydir. Əgər bir informasiya emosional yük daşıyırsa (neqativ və ya pozitiv), bu bizim yaddaşımızda əbədi həkk olur. Ən sevincli hadisə və ya bizi ən kədərləndirən hadisə bizim yaddaşımızda əbədi qalır. Məsələn, sevgilidən ayrıldıqdan sonra onu unutmaq istəyib unuda bilməmək yaddaşda qalan neqativ emosiyadır. Yaxud loterayadan qazandığım bir milyon pul gününə qədər mənim ömrüm boyu yaddaşımda qalacaq. Çünki bu müsbət, pozitiv emosiyadır. Emosional yük daşıyan istənilən hadisə bizim yaddaşımızda qalır.

Yaddaşın pozulması yaşlılarda altsheymer xəstəliyi zamanı baş verir. Bu zaman beyin qabığında gedən şüurlu prosesslərdə problem olur və neyronlar məhv olur. Bunun nəticəsində də, altsheymer xəstəliyi yaranır. Altsheymer xəstəliyi, yəni qocalarda olan yaddaş pozuntusu gənclərdə olan diqqət pozuntusundan tamamilə fərqlidir. Qocalar keçmişdə olan hadisələri çox gözəl xatırlayırlar, amma dünən baş verən hadisəni tamamilə unuda bilirlər. Çünki o insanlarda artıq yaddaşa yazılma prosessi itir, xatırlama prosessi isə öz yerində qalır.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et