Bu gün:

Tsundoku sindromu nədir?


Tsundoku sindromu insanın oxuya bilməcəyindən çox kitab alması və hələ oxunmamış bir yığın kitabı olmasına baxmayaraq, "oxumaq niyyəti" ilə yeni kitablar almağa davam etməsi vəziyyətinə deyilir. Bu sözün mənşəyi yapon dilindəndir. Yapon dilində “tsundae-oku” sözlərinin qarışması nəticəsində yaranmışdır ki, bu da nəyinsə hər hansı bir məqsəd üçün üst-üstə yığılması, sonra isə onu istifadə edə bilinməyən vəziyyəti ifadə edən “tsundae-oku” və kitab oxumaq mənasını verən "doku" kəlməsinin qarışması vəziyyətində meydana gəlib.


Məşhur italyan yazıçısı Umberto Ekonun aşağıdakı sitatı bu gün tsundoku dediyimiz sindromu çox gözəl izah edir: “Əlindəki kitabları oxumasa da, yeni kitablar almaqdan imtina etməyən oxucu, aldığı kitabları “oxumuşam” duyğusu ilə qoruyur. Bu  mühafizənin kolleksiya ilə heç bir əlaqəsi yoxdur, çünki buradakı kitablar intizamla deyil, illüziyaya əsaslanaraq toplanılır”. 


Əvvəlki başlıqda vurğuladığımız “oxumaq niyyəti ilə” ifadəsi tsundokunu həqiqətən dərk etmək üçün çox vacibdir. Çünki tsundoku bibliomania ilə qarışdırıla bilər, bu, hər ikisinin oxunmayacaq kitabları satın alma davranışını ehtiva etməsi ilə oxşardır. Beləliklə, bibliomania və tsundoku sindromunda satınalma davranışının məqsədi tamamilə fərqlidir. Bibliomaniyada fərdlər kitabları yalnız onlara "sahib olmaq" motivi ilə alırlar. Burada alınan kitabları oxumaq məqsədi yoxdur. Bununla belə, tsundoku sindromunda kitab satın alma davranışının əsas məqsədi kitab oxumaq niyyətidir. Nəticə niyyətdən çox fərqlidir. Oxunmamış əsərlər kitabxanasıdır. 


İki anlayış arasındakı digər mühüm fərq kitab aldıqdan sonra yaranan duyğularla bağlıdır. Əsas məqsədi “sahib olmaq” olan bibliomaniada insan kitabı alan kimi davranışı məqsədinə çatdığı üçün heç bir günah hiss etmir. Ancaq tsundoku sindromunda vəziyyət fərqlidir. Tsundoku sindromunda davranışın əsas məqsədi kitab oxumaq olduğu üçün oxunmamış kitablardan ibarət oxunmamış əsərlər kitabxanasına baxanda insan özünü böyük günahkar hiss edir.


Tsundoku özündə bir çox fərqli duyğuları və düşüncələri ehtiva edə bilər. Məsələn, tsundokuda fərdlər kitabları ətraflarının onları əsl “kitab qurdu” kimi tanımasını istədikləri üçün ala bilərlər. Bu niyyətlə kitab alan insanların kabusu “Doğrudan da bunları oxuyursan?” sualı ilə qarşılaşmaqdır. Bundan əlavə, özünü təkmilləşdirmək üçün güclü istəyə qarşı vaxt azlığı, sosial medianın və ya bəzi şəxslərin təşviqedici təsiri, yeni nəşr olunan kitabları dərhal oxumaq istəyi kimi səbəblər də tsundoku sindromunun inkişafına səbəb ola bilər.


Mənbə: evimdekipsikolog.com

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et