Dünya şöhrətli pianoçu Lola Astanova Azərbaycanda ilk konsertini verib. O, Heydər Əliyev sarayında çoxsaylı tamaşaçılar qarşısında zəngin proqramla çıxış edib.

Lola Astanova klassik əsərlər, filmlərdən saundtreklər və öz aranjimanlarını təqdim edib. “Napoleon” filmində ifa olunmuş “İnvictus” adlı orijinal kompozisiyanı tamaşaçılar qarşısında ilk dəfə ifası təqdir olunub. O qeyd edib ki, bu əsəri əvvəllər başqa ölkələrdə canlı konsertlərdə heç vaxt ifa etməyib.
Məryəm Abdullazadə
