Bu gün:

Rəngli meyvə və tərəvəzlər antioksidantlarla doludur


Keyfiyyətli və sağlam həyat üçün yüksək antioksidant tutumlu qidaların gündəlik qidalanmaya daxil edilməsi çox vacibdir. Qidalanma və Pəhriz Mütəxəssisi Derya Eren, normal şəraitdə maddələr mübadiləsinin sağlam olduğu halda, antioksidantlar və sərbəst radikalların tarazlıqda olduğunu ifadə edərək, "Vücudumuz bəzi antioksidantları öz-özünə istehsal edir, lakin bu, qeyri-kafi ola bilər, ona görə də qida qəbulu da çox əhəmiyyətlidir.

Qidalanma və Pəhriz Mütəxəssisi Derya Eren, "Özünüzü sağlam tutmaq üçün daha çox antioksidantla zəngin qidalar yemək vacibdir. Ən yaxşı bilinən antioksidantlar arasında beta-karoten və s. karotenoidlər, C vitamini, lutein, Reveratrol, E vitamini və likopen saymaq olar. Antioksidantlar təbii olaraq bəzi meyvə və tərəvəzlərdə də var. Xüsusilə, rəngli meyvə və tərəvəzlərdə daha çox antioksidan var. Pomidorda olan likopen və ya yerköküdəki beta-karotin müxtəlif növlərdir. 
Mənbə: Güneş Gazetesi

Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et